Modern.az

Temur Abazov Marneuli meri seçilib

Temur Abazov Marneuli meri seçilib

22 Oktyabr 2017, 15:21

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

 

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif Vahid Milli Hərəkat partiyasının namizədi Rəhim Əsgərov tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər