Modern.az

“Əlillər istəyir ki, İlham Əliyev yenidən prezident seçilsin”

“Əlillər istəyir ki, İlham Əliyev yenidən prezident seçilsin”

7 Fevral 2018, 11:46

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb.

 

Modern.az-ın məlumatına görə, Hadi Rəcəbli qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevə uğurlar arzu edib.

 

H.Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərdə ölkə başçısı İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, qələbə qazanacağına əmin olduğunu söyləyib:

 

"Biz bu gün keçirilən iclasda əlillərin problemlərini müzakirə edirik. Bu məsələ hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısında olub.

 

Ona görə də bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi bütün əlillərin ürəyindən olacaq. Çünki bütün əlillərin ən böyük dayağı möhtərəm prezidentimiz İlham Əliyevdir".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi