Modern.az

Əhliman Əmiraslanov: “Beyin ölümünü təsdiq edən mərkəzimiz yaradılmalıdır”  

Əhliman Əmiraslanov: “Beyin ölümünü təsdiq edən mərkəzimiz yaradılmalıdır”    

Aktual

9 Fevral 2018, 12:17

“Bu gün insan orqanizmində çox az orqan olar ki, insandan insana, meyitdən xəstəyə  köçürülməsi mümkün olmasın. Azərbaycanda orqan transplanatasıya ilə məşğul olan klinikalarımız var. Ölkəmizdə bu gün qaraciyət, böyrək, gözün buynuz gişasının transplanmtasiyası həyata keçirilir”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri hesab edirki, bu əməliyyatların sayı yetərincə deyil.

“Biz bunu MilliMəclisə edilən müraciətlərdən və mətbuatda gedən yazılardan da görürük. Bu gün Azərbayacanda ürək köçürmənin tibbi nöqteyi-nəzərdən heç bir problemi yoxdur. Burada əsas problem orqan qıtığı, donor əldə etmək məsələsidir. Bunun bir neçə səbəbi var. Birinci hökmən reyster xidməti yaradılmalıdır. Bu bizdə yoxdur. Ola bilər ki, hər hansı bir xəstəxanaya orqan transplantasiyası ilə bağlı müraciətlər var. Amma neçə nəfər böyrək, qaraciyər gözləyir? Bundan əlavə, beyin ölümünü təsdiq edən mərkəzimiz olmalıdır. Bu da son dərəcədə vacib məsələdir. Bu istiqamətdə bir mərkəz yaradılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!