Modern.az

Astarada ağır yol qəzasında tələbə ölüb

Astarada ağır yol qəzasında tələbə ölüb

9 Fevral 2018, 14:37

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs tələbə olub.

"Report"un yerli bürosunun məlumatına görə, "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?