Modern.az

Astarada avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

Astarada avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

Aktual

2 Mart 2018, 21:08

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.

 

Modern.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.    

 

Nəticədə qəza zamanı sərnişin 1976-cı il təvəllüdlü Təranə Ağakərim qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır