Arxiv
5 mart 2018, 16:12 | AKTUAL
Bu şirkət “Azercell Telecom”un səhmlərini aldı

Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, “Azertel” Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

 

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir. “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılmış və “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilmişdir. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə etmişdir.

 

“AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzİnTelecom” “Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir. Bu da, şübhəsiz, “Azercell Telecom” MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının artırılmasına xidmət edəcəkdir.

 

“AzInTelecom” MMC “Azercell” səhmlərinin nəzarət zərfini alır

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “AzInTelecom” MMC ümumi dəyəri 222 milyon AVRO olan “Azercell” səhmlərin 51.3%-ni əldə edir.

“AzInTelecom” “Azercell” səhmlərinin nəzarət zərfini əldə etməklə mobil rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcəkdir.

 

Səhmlərin nəzarət zərfinin alınması Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətyönümlü inkişafını prioritet hədəf kimi müəyyən edən dövlət siyasətinə uyğun həyata keçirilir.

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.

Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.

 

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

 

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır 13 Aprel 2021, 01:00 Hindistan Rusiya peyvəndindən də istifadə edəcək 13 Aprel 2021, 00:47 Türkiyə xüsusi təyinatlılarının gecə paraşütlə tullanma görüntüləri - VİDEO 13 Aprel 2021, 00:32 Teledərslərin bu günə olan CƏDVƏLİ 13 Aprel 2021, 00:16 Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir - Nazir 13 Aprel 2021, 00:02 Sülhməramlılar erməniləri Gəncəsərə də APARDI 12 Aprel 2021, 23:49 Peskovdan Türkiyə açıqlaması 12 Aprel 2021, 23:32 Dünyanın ən bahalı klubları - SİYAHI 12 Aprel 2021, 23:18 “24 saata 105 kilometr ərazini işğaldan azad etdik” - DSX-nin polkovniki 12 Aprel 2021, 23:03 Biləsuvarda müəllimlər yoluxdu, məktəb distant təhsilə keçdi 12 Aprel 2021, 22:49 Zəfər sərkərdəsi 12 Aprel 2021, 22:36 Daha bir tibb müəssisəsi karantin xəstəxanasına çevrildi 12 Aprel 2021, 22:27 Kölgəli adam 12 Aprel 2021, 22:20 Zelenski ABŞ-dan kömək istədi 12 Aprel 2021, 22:12 Nur-Sultanda kütləvi tədbirlər qadağan edildi 12 Aprel 2021, 22:00 Cavanşir Feyziyev AzTV-nin Teleradio Akademiyasında - FOTO 12 Aprel 2021, 21:50 Zelenski cəbhədə çətin anlar yaşadı - VİDEO 12 Aprel 2021, 21:37 Litvanın XİN başçısı Cənubi Qafqaza səfər edəcək 12 Aprel 2021, 21:22 Şəkidə velosipedçini maşın vurub öldürdü 12 Aprel 2021, 21:08 Zərdabda iki məktəb koronavirusa görə bağlandı 12 Aprel 2021, 20:56 Rusiya Türkiyə ilə hava əlaqələrini kəsdi 12 Aprel 2021, 20:41 Kürdəmirdə bir toy, bir ad günü məclisi yarımçıq dayandırıldı 12 Aprel 2021, 20:28 Dövlət qurumunun maşını gənc qızı vurdu, yaralı 6 gün sonra öldü 12 Aprel 2021, 20:15 Goranboyda bu sürücülər məsuliyyətə cəlb edildi - FOTO 12 Aprel 2021, 20:03 Hərbi Qənimətlər Parkı bu tarixdən vətəndaşlara açıq olacaq 12 Aprel 2021, 19:53 Prezident müharibənin necə aparıldığını AÇIQLADI 12 Aprel 2021, 19:46 "Bizim bir adımız var, biz azərbaycanlıyıq!" - Vətən Müharibəsi qəhrəmanı 12 Aprel 2021, 19:39 Çaylarda müasir avtomat hidroloji stansiyalar istismara verildi - FOTOLAR 12 Aprel 2021, 19:32 Ərdoğan Liviyanın Baş nazirini qəbul etdi - VİDEO 12 Aprel 2021, 19:25 Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO 12 Aprel 2021, 19:24 Azərbaycanda peyvənd olunan müəllimlərin sayı AÇIQLANDI 12 Aprel 2021, 19:18 TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır! 12 Aprel 2021, 19:12 Füzulidə polislə hərbçini vurub qaçanlar həbs edildi 12 Aprel 2021, 19:05 Qırğızıstanda azad və demokratik seçki keçirildi - Deputat 12 Aprel 2021, 18:58 “Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir - FOTO 12 Aprel 2021, 18:52