Arxiv
9 mart 2018, 11:07 | AKTUAL
“Alimlər şəhərciyi”nin təməli atıldı - Azərbaycanda 1928 alimə mənzil veriləcək

 

Martın 9-da Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün salınacaq “Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.


Modern.az xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılacaq.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, akademiya tarixində mühüm hadisə olan “Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan akademik A.Əlizadə bu qurumda təşkil olunan magistratura pilləsinin gənc kadrların elmə cəlb olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Alim gənclərin sosial problemlərinin həlli ilə də bağlı hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.


Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək yeni kompleksin tikilməsinin Abşeron sakinləri üçün böyük tarixi əhəmiyyətə malik olduğunu deyib. İ.Gülməmmədova “Science City” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərçiyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu vurğulayıb. 


Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək "Science City" yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.


Xatırladaq ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.


Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat beynəlxalq tədbirdə Dilqəm və Şahbazla bağlı ÇAĞIRIŞ etdi 17 Oktyabr 2019, 12:12 Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRDI 17 Oktyabr 2019, 12:09 Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkdakı sonuncu görüş məni məyus etdi” 17 Oktyabr 2019, 12:05 Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazirdən CAVAB 17 Oktyabr 2019, 12:03 Təhsil naziri: “4000 şagirdin sinifdə saxlanması o deməkdir ki…” 17 Oktyabr 2019, 11:50 İlham Əliyev həmsədrləri qəbul etdi 17 Oktyabr 2019, 11:46 Ceyhun Bayramov: “Ana dili və riyaziyyat dərslikləri ilə bağlı DƏYİŞİKLİK edilib” 17 Oktyabr 2019, 11:40 Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin” 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar 17 Oktyabr 2019, 11:15 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56 DİM hazırlıq kursu barədə elan verdi 17 Oktyabr 2019, 09:45 Ermənilər cəbhədə təxribatlara davam edir 17 Oktyabr 2019, 09:45 İşarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq   17 Oktyabr 2019, 09:39 Azərbaycanın real mənzərəsi 17 Oktyabr 2019, 09:34 Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19