Modern.az

Almaniyadan Azərbaycan millisinə türk futbolçu gətirildi

Almaniyadan Azərbaycan millisinə türk futbolçu gətirildi

1 Avqust 2011, 17:23

Azərbaycan milli komandasının bu gündən etibarən Bakıda başlayan təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub.

AFFA-nın verdiyi xəbərə görə, Almaniyanın «Frayburq» klubunun üzvü Ufuk Budak avqustun 2-dən millinin düşərgəsində hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, milliyyətcə türk olan 1990-cı il təvəllüdlü Ufuk Budak sol cinah müdafiəçisi mövqeyində çıxış edir.
Avqustun 10-da, saat 20:00-da Azərbaycan – Makedoniya beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.

Yoldaşlıq oyunu AccessBank-ın sponsorluğu ilə "İdman Azərbaycan" kanalında canlı yayımlanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi