Arxiv
27 May 2018, 23:45 | AKTUAL
Nəsib bəy Yusifbəylinin məşəqqətli həyatı və  ölümü – Oğurlanan pullar, gizli qalan qatil  

 

Cəmi bir neçə dəqiqədən sonra tariximizin şanlı səhifəsi olan Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam olur.


Modern.az bu münasibətlə şanlı dövlətin baş naziri olan, çox ləyaqətli şəxsiyyət Nəsib bəy Yusifbəyli haqqında bir faktı təqdim edəcək.

 

Bolşeviklər 1920-ci ilin aprelində Azərbaycanı işğal edəndə Cümhuriyyət rəhbərləri məcburi şəkildə mühacirətə getməli olurlar. Nəsib bəy də bir çoxları kimi Tiflisə yollanmaq istəyir. Təəssüf ki, yolda bir neçə nəfərin xainliyi səbəbindən amansızcasına qətlə yetirilir.

Cümhuriyyət hökumətinin xüsusi xidmət rəisi olan Nağı bəy Şeyxzamanlı özünün xatirələrində məhz həmin tarixlə bağlı çox maraqlı əhvalatı danışır:

 

“1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy “gec də olsa, az da olsa Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi. Pulun miqdarını soruşmadım, o da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdir. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl Ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tbilisiyə Nəsib bəyin adına göndərir. Halbuki, Nəsib bəy Tbilisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsb bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabr ayında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim”.

 

 

Nəsib bəy haqqında danışarkən, ən çox toxunulan məqamlardan biri də onun müəmmalı ölümüdür.

 

Qarxunlu Əşrəf  bəy təəssüf ki, Azərbaycan tarixinə Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin “qatili” kimi düşüb. Bu barədə müxtəlif versiyalar da var. Guya, Ərəş bəylərbəyi olan Əşrəf bəy Nəsib bəyi evinə qonaq çağıraraq, orada öldürüb. Bəzi versiyalarda isə guya Nəsib bəyin üzərində daşıdığı böyük pul məbləğinə sahiblənmək üçün onu Kür qırağında qətlə yetirdiyini deyir. 

 

Hərb tarixçisi üzrə araşdırmaçı Şəmistan Nəzirli isə uzunmüddətli araşdırmaların nəticəsində bu faktə təkzib edən dəlillərlə yanaşı, Əşrəf bəyi sonradan ölümə aparan səbəbləri də müəyyənləşdirdi.

 

 

 Müsavat dövründə Ərəş mahalının bəylərbəyi olan Əşrəf bəyi 1924-cü ilə qədər heç nədə günahlandıra bilməyiblər. Şura hökuməti çalışıb ki, xaricə mühacirətə gedən Cümhuriyyət liderlərini təxribatla öldürməkdə, onlar haqqında donoslar toplamaqda Əşrəf bəyin nüfuzundan istifadə etsin. Lakin bunun heç biri alınmamışdır. Görünür bəylik nüfuzuna, qürur və şəxsiyyətinə belə alçaq hərəkətləri sığışdırmayan Əşrəf bəy şəninə ləkə gətirə biləcək bütün təkliflərdən min bir bəhanə ilə imtina edib.

 

 

 Mircəfər Bağırovun Markaryana, Laptinova, Aqrobaya tapşırığından aydın olur ki, bu ölkələrdən qayıdan Əşrəf bəy onların tapşırığını yerinə yetirməmişdir. Tapşırıq isə aydın idi: Əşrəf bəy Qarxunlu İran və Türkiyədəki Müsavat liderlərindən Gepoya donos gətirməli, ya da onlara sui-qəsd etməlidir. Lakin İrandan qayıdan Əşrəf bəy məlumat verir ki, xəstələndim, heç bir fəaliyyət göstərə bilmədim. Türkiyədən qayıdanda isə bəhanə gətirir ki, qorxdum ki, məni tanıyıb öldürərlər.

 

Gepoçular və şəxsən Bağırov istəyirmiş ki, Əşrəf bəy onlara işləsin, daha doğrusu, casusluq etsin. Lakin Əşrəf bəy Qarxunlunun bəy qüruru, kişi vüqarı, milli təəssübkeşliyi belə satqınlığı qəbul etmir. 

 

 

 

Nəticədə isə olablar elə Əşrəf bəyin özünə olur. Adıçəkilən mənbəyə istinadən Qarxunlu Əşrəfə atılan böhtanların birini təqdim edək:

 

“Azərbaycan Baş Siyasi İdarəsinin sədr müavini Aqrobanın və şərq şöbəsinin rəis müavini Borşovun imzası ilə təcili və tamamilə məxfi məktub Şəki-Zaqatala Baş Siyasi İdarənin dairə rəisi Müzəffərovun ünvanına göndərir:

 

 

 

"Sizin göndərdiyiniz Əşrəf bəy Tağıyev bizim tərəfimizdən həbs olunmuşdur. Sizin şəxsi cavabdehliyinizlə onun haqqında təcili köməkçi materiallar toplamağa başlayın. Bu şərtlə materiallar elə əsaslandırılmalıdır ki, Azərbaycan Baş Siyasi İdarəsi onu respublikadan kənara sürgün edə bilsin. Onun antisovet ünsürlərlə və cinayətkarlarla əlaqələrinə daha çox diqqət yetirmək lazımdır. Çalışın Əşrəf bəyin Şəki-Zaqatala üsyanının başçısı olması təsdiq olunsun.

 

Bizim tələb etdiyimiz material ən geci üç həftə ərzində çatdırılmalıdır".

 

Şəmistan Nəzirli özünün “Qarxunlu Əşrəf bəy” kitabında yazır:

 

“Qabaqda gedən əsgər ayaq saxladı. Geri qanrılıb arxadakına şəhadət barmağı ilə qapının üstündə yazılmış 58 rəqəmini göstərdi. Dayanıb nəzarətçini gözlədilər. Yaxındakı kameradan deyinə-deyinə çıxan sərt sifətli, caydaq nəzarətçi topa açarları cingildədib arasından asanlıqla birini tapıb qapıya saldı. Tükürpərdici səslə cırıldayan dəmir qapını geri itələdi. Əşrəf bəyin qabağındakı bolşevik əsgəri bir addım sağa çəkilib kinayə ilə rusca dedi:

 

- Bəy, buyur sarayına…

 

Nəzarətçi iri sümüklü əllərini açdı:

 

- Elə bu? Mən də elə bildim, üç nəfər olacaq, - dedi.

 

Dilli-dilavər əsgər onu cavabsız qoymadı:

 

- Bu sənin üçün adi "quşcuğaz" deyil, ha… Bu, bir orduya bərabər Əşrəf bəy Qarxunludur. İndi Şəki üsyanının qarşısı alınacaq…

 

Nəm qoxuyan kamerada üç dəmir stul vardı. Əşrəf bəyə elə gəldi ki, onlar divara söykədilib. Əl atıb birini divardan aralayıb oturmaq istədi. Buz kimi armatur stul əlini ağrıtdı, divara elə bərkidilmişdi ki, tərpətmək mümkün deyildi. Qapının arxasında əsgər nəzarətçiyə nəsə deyirdi. Nəfəsliyə qəfil vurulan yumruq onu səksəndirdi. Nəzarətçi ətli sifətini deşiyə soxub kobud səslə:

 

- Bəy, təcili nə sözün olsa üç dəfə qapını taqqıldadarsan, qulluğunda hazır olarıq. Çalışarıq darıxmayasan, - deyib, nəfəsliyi bağladı.

 

 Ayaq səsləri uzaqlaşıb eşidilməz oldu. Səs-səmir tamam kəsildi. "Qu" desən qulaq tutulardı. Kameranın tam qaranlığında Əşrəf bəy əllərini hövkələdi. Divarların nəmi onu təpədən-dırnağa kimi üşütdü. Yalxı köynəkdə kürəyi soyuqdan göynəyirdi. Dərindən nəfəs alıb oturdu, armatur stul buz kimi idi. İndi hiss elədi ki, ağır havadan nəmdən çox miz iyi gəlir. Könül bulandıran pis qoxudan onu öyümək tutdu. Sağ əlilə sinəsini hövkələdi. Alatoranda qarşıdakı divarı zorla görə bilirdi.

 

O, bəxtinin gətirəcəyinə həmişə inanmışdı. İlk gəncliyindən bütün işləri uğurlu olmuşdu. Xüsusilə, bolşeviklər gələnə qədər uğursuzluq nə olduğunu bilməmişdi. Qırmızılar onu beş ildə iki dəfə həbs edib, bir dəlil-sübut olmadığına görə buraxmışdılar. Özü demişkən, Şura vaxtı tale iki dəfə üzünə gülmüşdü.

 

Bu da üçüncüsü… Bayaqkı dindirilmələrdən hiss edirdi ki, bu xına daha o xınadan deyil. İndi nədən qaçsa da, "qolçomaq" adından qaça bilməyəcəkdi. Keçmiş bəylərin, ağaların hamısı həbsxanalarda və Sibirdədir. "Şura hökuməti var - dövlətimizi aldı, bəs olmadı, indi də canımızı alır" - deyə, düşündü.

 

Uzanıb dincəlməyin həsrətində idi. Dünəndən başlayan sorğu-suallarda ayaq üstə durmaq və əyləşmək onu əldən salmışdı. Beli ağrıyırdı, canında qocalara xas küt sızıltı və üzücü ağrılar vardı. Əllərini dizinə qoydu, başını aşağı salıb fikrə getdi. Bağırovun müavini Aqrobanın gözünü bic-bic qıyıb verdiyi ikibaşlı sorğu-sualını unuda bilmirdi…

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37