Arxiv
29 May 2018, 14:14 | HADİSƏ
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı həbs olundu - Dələduzluq edib - RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Modern.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

 

Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

 

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

 

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.

 

Hazırda S. Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38