Arxiv
15 İyun 2018, 11:10 | HADİSƏ
Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Artıq məscidlərdə bayram namazı qılınıb.  Bu il mayın 17-dən  başlayan Ramazan  ayı başa çatır.

Adətən bayram vaxtı  bazarlara üz tutanların sayında artım olur. Hamı istəyir ki, bayramda süfrəsini daha zəngin etsin. Əlbəttə ki, maddi imkan yol verdiyi həddə qədər.

Bəs bazarlarda qiymətlər ciblərə uyğundurmu?

 

Modern.az saytının əməkdaşları  qiymətləri əyani görmək və göstərmək üçün “Yaşıl bazar”da olub.

 

Bazarda olan satıcılar alıcı qıtlığından şikayətləndilər. Açığı, ümumi mənzərə də bundan xəbər verirdi. Satıcı çox, alıcı yox...

 

Damara baxarlar, qan alarlar...

 

Hər nə qədər sonradan inkar etsələr də, əksər satıcılar məhz bu atalar sözünü iş prinsipi elan edib desək, yanılmarıq. Məsələn, satıcı Elçin “Bazar işi belədir. Adama baxıb ona uyğun qiymət müəyyən edirik. Tutaq ki, elə adama eyni məhsulu 1 manata, eləsinə 4 manata, eləsinə də 6 manata satırıq” deməklə, bunu təsdiq etdi. Düzdür, hamının prinsipi  oxşar deyildi. Bəzi satıcıların  bir müştəri görəndə belə  gözləri parıldayırdı. Təki bazar olsun....

 

Meyvə satıcısı Murad deyir ki, alıcılar bazara ən çox səhər saatlarında gəlirlər: “Təqribi saat 12-1 arasında bir az da olsa, müştərilərimiz olur. Amma bazarda vəziyyət qənaətbəxş deyil. Hazırda durğunluq dövrü yaşayırıq. Ümid edirik ki, bayram olduğu üçün müştərilərimizin də sayı artar”.

 

Maraqlıdır ki, bazarın girişi ilə sonu arasındakı məhsulların qiymətlərin ciddi uçurum var idi. Satıcı  Elçin İsmayılovun sözlərinə görə,  bunun konkret səbəbləri var: “Yəqin giriş hissədəki qiymətləri gördünüz. Bizdən fərqli olaraq, onlar malları 2-3 qat artıq qiymətə satırlar.

 

Maşınla gələnlər alış-veriş rahat olsun deyə, elə onlara lazım olanları giriş hissədən alıb gedirlər. Bazarın orta hissəsinə gəlsəniz, qiymətlərin bir qədər aşağı olduğunu görəcəksiniz. Ümumiyyətlə is,  hazırda alıcılıq qabiliyyəti çox zəifdir. Baxmayaraq ki, sabah bayramdır, görürsüz, camaat yoxdu”.

 

Hamı rayona gedib...

 

Göy-göyərti  satan xanım da  alıcıların az olduğundan şikayətlənirdi: “Bayram olduğuna görə, hamı rayona gedib. Kimdi gəlib burdan nəsə alan?! Elə mənim məhsullarım da az satılır”.

 

Alıcı Nahidə Əliyeva evinə bazarlıq etmək istəsə də, qiymətlər cibinə görə deyildi:

“Bazardakı qiymətlər məni qane etmir, çox bahadır. İstədiyimiz meyvələri ala bilmirik. Ailəmiz kiçikdi, bazarlıq etmək üçün ən azı 30 manat lazım olur. Amma buna da gücümüz çatmır”.

 

Digər alıcı Vüqar Ağayev isə qiymətlərin normal olduğunu düşünürdü: “Burada gəzib keyfiyyətli və qiyməti münasib olan məhsulu almağa çalışırıq. Keçən ilki qiymətlərlə müqayisədə cüzi fərqlər var. Çalışırıq ki, hər meyvədən müəyyən qədər alaq. Bazara hər gələndə ortalama 30-40 manat xərcləməli oluruq”.

 

Çərəz  alış-verişi ilə məşğul olan satıcı Əfqan Musayev deyir ki, yay fəsli olduğu üçün alıcılar daha çox təzə meyvələrə üstünlük verirlər:

 

“Quru meyvə alan yoxdur. Yenə dənli bitkilərin öz alıcıları var. Yaz ayların girəndən bəri demək olar ki, çərəzlərə maraq da azalıb”.

 

Modern.az-ın əməkdaşı bazardakı malların qiymətlərini dəqiqləşdirib. Onlarla siz də tanış olun:

 

Tərəvəz

 

Pomidor - 80 qəpikdən başlayır

Sarı pomidor -7 manat

Xiyar - 70 qəpikdən  başlayır

Soğan - 1 manat

Qırmızı soğan-  2 manat

Badımcan - 1manatdan başlayır

Lobya - 1 manat 50 qəpik

Kələm - 50 qəpik

Kök - 1 manat

Çuğundur -1 manat

Kartof  -  30 qəpik - 1manat 50 qəpik

Turşular - 1-10 manat

Göyərti - 7 dəstəsi 1 manat

Qarğıdalı -1 ədəd 80 qəpik

Bibər - 4 manat

 

Meyvələr

 

Kakos - 2 manat

Qarpız - 1.50 manat

Yemiş - 2.50 manat

Gilas - 6 manat

Tut - 4 manat

Çiyələk - 1.5- 6 manat

Alça -1-6 manat

Alma - 4-5 manat

Şaftalı – 5 manat

Ərik -2 manatdan  başlayır

Banan - 2.50 manat

Qarağat -5-12 manat

Moruq - 8 manat

Limon - 40 qəpikdən başlayır

Alma- 50 qəpik-2.5 manat

Armud -2.50-4  manat

Kivi- 2-2.50 manat

Heyva- 1.50 -3 manat  

 

Ət və süd məhsulları

 

 

Quzu əti- 12 manat

Mal əti-10 manat

Kənd toyuğu - 6 manatdan başlayır

Pendir - 4 manatdan başlayır

Motal pendiri - 12 manat

Qatıq- 800 qramı 1 manat, 3 kq – 3.50 manat

Nehrə yağı - 10-12 manat

 

Balıqlar

 

Balıq kütüm - 8-9 manat

Naxçıvan sazanı - 9 manat

Kifal - 8 manat

Dondurulmuş sudak - 11 manat

Bejden -10 manatdan başlayır

Belamur - 10 manat

Farel - 10 manat

Qızıl balıq- 35 manat

Asatrin – 35 manat

 

Quru meyvələr və çərəz

 

 

Düyü (uzun) - 4 manat

Yumru  düyüsü-1 manat 50 qəpik

Noxud- 2 manat 60 qəpikdən başlayır 

Qaragöz lobya - 3 manat 40 qəpik

Qırmızı lobya-2 manat 70 qəpik

Ala lobya-4 manat 20 qəpik

Maş lobya – 3 manat 40 qəpik

Qırmızı mərci – 1 manat 50 qəpik

Yaşıl mərci – 1 manat 60 qəpik

Qarabaşaq – 1 manat

Qaysı- 12 manat

Meyvə quruları – 6 manat 50 qəpikdən başlayır

Qoz- ləpə 13.50 manatdan başlayır

Fındıq- ləpə- 13 manat

Badam-20 manat

Kişmiş-15 manat

Şabalıd-8manat

Badam - 21 manat

Püstə - 23 manat

 

Günay RƏSULQIZI

Qafar AĞAYEV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14