Arxiv
25 İyun 2018, 13:36 | HADİSƏ
“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ

Sabah - iyunun 26-da  Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək.

Parada bir çox ölkələrin nümayəndələri də qatılacaq.

Bəs hərbi paradın siyasi əhəmiyyəti nədir?

Cənubi Qafqazda hərbi paradın keçirilməsi dünyaya hansı mesajları verəcək?

Politoloq Eldar Namazov Modern.az-a baş tutacaq paradın siyasi əhəmiyyətini şərh edib.

Paradda hansı mesajlar veriləcək?

“Builki hərbi parad əvvəlki paradlardan çox ciddi fərqlənir. Əvvəlki illərdən fərqli olaraq, budəfəki parad özündə çox ciddi mesajlar daşıyır. Bu haqda müəyyən anonslar da verilib. Məsələn, bu paradda yeni silahlar nümayiş olunacaq. Qardaş Türkiyənin hərbçiləri paradda iştirak edəcəklər. Bir çox xarici qonaqlar dəvət olunub. Bu onu göstərir ki, paradda çox ciddi siyasi mesajlar veriləcək. Bu, bir prosesdir. Bu prosesin başlanması da 2016-cı ilin aprelində olub. Həmin il sübut etdik ki, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycan ordusudur. Paradın təşkil olunması Ordumuzun işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadir olduğunu göstərir.  Bu mesajı bütün dünyaya verəcəyik. Paradın siyasi tərəfi də bundan ibarətdir”.

Cənubi Qafqazda paradın keçirilməsi Rusiyanı qıcıqlandıra bilərmi?

Eldar Namazov paradla bağlı danışarkən Rusiyanın obrazını göstərməyə çalışıb:

“Rusiyanın ənənəvi siyasəti var. Onlar güclər arasında balansı qoruyub saxlamağa çalışıblar. Xatırlayıram ki, 1990-cı ilin ortalarında məxfi sənədlər əldə etdik. Rusiyanın Ermənistana 1 milyard dollar dəyəri olan silahlar verməsi haqda xəbər qəzet səhifələrində çap olundu. Bunun ətrafında çox böyük qalmaqal qopdu. Demək olar ki, siyasi böhran yarandı. Həmin vaxt mərhum prezident Heydər Əliyevin Rusiyaya rəsmi səfəri oldu. O vaxtkı Rusiya prezidenti Boris Yeltsinlə üz-üzə oturub, bu məsələni ciddi müzakirə etdilər. Mən də həmin görüşdə Azərbaycan tərəfdən iştirak edirdim. Bunu gizlətməyin mənası yoxdur. Yadımdadır, Rusiya rəhbərliyi açıq deyirdi ki, “biz sizə imkan verməyəcəyik ki, Cənubi Qafqazda balansı dəyişəsiz. Nə qədər siz güclənsəniz də, biz Ermənistana köməklik edəcəyik ki, onlar hərbi balansı saxlaya bilsinlər”. Bilirsiz, bu, Rusiyanın ənənəvi siyasətidir. Son dövrlərdə də bəzi ermənipərəst Rusiya məmurları, ekspertləri də hərdənbir bu formulanı təkrarlayırlar: “Hərbi balansı qoruyub saxlamalıyıq”. Ancaq son illərdə Rusiyada da hərbi balansın Azərbaycanın xeyrinə pozulduğunu etiraf etmək üçün məcburdular.  Ermənistanla hərbi balansı bərpa etmək üçün heç bir imkanları yoxdur”.

“Günnüt məsələsinə dırnaqarası yanaşmaq olmaz”

Politoloq sabahkı hərbi paradın siyasi əhəmiyyətindən danışarkən bu günlərdə işğaldan azad edilən Naxçıvn MR Şərur rayonunun Günnüt kəndi haqda da danışıb:

“Günnütün azad edilməsi mühüm hadisədir. Azərbaycan Ordusunun bu əməliyyatı çox böyük strateji əhəmiyyət kəsb edir. Bir çox hallarda mətbuatda bu əməliyyata qarşı əks-təbliğat da aparılır. Halbuki, həmin vaxtlarda cəbhədə vəziyyət gərgin idi. Gedən döyüşlərdə bir əsgər də şəhid verdik. Günnüt qələbəsi tarixi qələbədir. Bu məsələyə dırnaqarası yanaşmaq olmaz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq – PROQNOZ 10 İyul 2020, 11:47 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin müalicəsi ilə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54