Arxiv
9 Avqust 2018, 15:34 | TƏHSİL
Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ”  - ən çox bu sahələrə maraq VAR

Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər.  Bu baxımdan son illər ölkədə əlavə təhsillə maraqlananların, ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə edilir.

 

Hüquq, bağça müəllimliyi....

 

Təhsil eksperti  Kamran Əsədov Modern.az saytına danışarkən  ikinci ali təhsilə yaranan marağın səbəblərindən söz açıb:

“Hazırda Azərbaycanın 54 ali təhsil müəssəsində  birinci pillə bakalavrda təhsil alanların sayı 164 min nəfərdir. Söhbət Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları yolu ilə  birinci bakalavr təhsili alanlardan gedir. Təbii ki,  əksəriyyət  birinci bakalavr pilləsində istədikləri ixtisas üzrə təhsil ala  və təhsil aldıqları ixtisas üzrə də əmək bazarında iş tapa bilmirlər. Bugünkü reallıq ondan ibarətdir ki, kimsə bu və ya digər ixtisas üzrə  ali məktəbə qəbul olunur, 4 ildən sonra onun işlə təmin olunması imkanı aşağıdır. Qeyd edim ki, hazırda  universitetə  bir il ərzində qəbul olan abitruyentlərin sayı 2018-ci ildə 45 min olacaq. 2017-ci ildə  bu rəqəm 42 min olub. Yəni bu qədər  insanın yalnız 42  faizi 4 ildən sonra əmək bazarında işlə təmin olunacaq, yerdə qalan 58 faiz isə diplomlu işsiz ordusu olaraq əmək bazarına daxil olacaq.  Məhz onlar da  tutalım ki, hansısa ixtisas üzrə - zootexnik, baytar, maşınqayırma , meşəçi və.s – tipli ixtisaslara qəbul olur , daha sonra iş tapa bilmir və ya  işi ixtisası üzrə olmur, əmək haqqı aşağı olur. Belə olanda halda həmin şəxslər məcbur olub hüquq- mühafizə orqanlarına, hərb sahəsinə, ədliyyə sisteminə müraciət edir və bu zaman onların ikinci  ali təhsil almağa ehtiyac yaranır”.

 

“Qəbul  olmanın asanlığı insanların  bu sahəyə meylini artırıb”

 

K.Əsədov qeyd edib ki, ikinci ixtisas təhsili üzrə ən çox maraq  hüquq və müəllimlik ixtisası üzrədir:

“Çünki onların birinci ixtisasda işlə təmin olunma imkanları məhdud olduğuna görə, ikinci ixtisasda bu sahələri seçirlər.  Bu gün ən populyar ikinci ali təhsil  ixtisaslarında birinci yerdə hüquq, ikinci yerdə müəllimlik, üçüncü yerdə bağça-ibtidai sinif müəllimliyidir. Səbəb isə asan olmasıdır. 4 il əvvəl abituriyentlərə deyirlər ki, siz TQDK yolu ilə hansı ixtisasa qəbul olursunuzsa-olun, ikinci  qəbulda bu daxili qaydada olacaq. Hətta bəzi hallarda ikinci ali təhsil üzrə qəbul  zamanı neqativlər də mümkündür. Yəni qeyri- qanuni tələblər deməzdim, əslində bu, qanuni yoldur. Ancaq bu,  pulla və ya tapşırıqla həyata keçirildiyinə görə  asandır. 

DİM-nin sistemi ilə qəbulda bu pul mümkün olmadığından, insanlar birinci təhsilini bu və ya digər zəif  ixtisasda alırlar, ikincidə isə prestijli və perspektivli  ixtisaslara universitetlərin daxili qaydasında  rahatlıqla qəbul ola bilirlər.  İkinci təhsilə maraq da məhz bu səbəbdəndir. Qəbul  olmanın asanlığı insanların  bu sahəyə meylini artırıb”.

 

“Universitetlərin daxili qaydada qəbul prosesini  aradan qaldırmaq lazımdır”

 

Təhsil eksperti bildirib ki, əlavə təhsillə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir:

 

“Birincisi, əlavə təhsil  və ya ikinci ali təhsil ixtisas yaxınlığı əsasında  olmalıdır. Kimsə birinci dəfə  baytarlıq oxuyur, ikincidə isə hüquq. Bu gün siz icra hakimiyyəti, dövlət qulluğu sistemində, hətta hakimlərimizin arasında birinci təhsili tamam başqa, ikinci təhsili hüquq olanları görə bilərsiniz. Azərbaycan reallığında hər birimiz onların necə hüquqa qəbul olduğunu bilirik. Kifayət qədər belə hallar var. 

O ixtisaslara ikinci təhsilə imkan vermək olar ki,  əmək bazarında ona ehtiyac var. Halbuki bizim birinci bakalavr ali təhsilimiz,  kifayət qədər ixtisaslı kadrımız var. Kimlərsə birinci təhsildə baytarlıq oxuyub, sonra ibtidai sinif müəllimliyini oxuya bilir. Məhdudiyyət yoxdur. Kimlərsə əlavə təhsillə gəlib rahatlıqla iş tapa bilirlər. Düşünürəm ki, bu məsələni DİM həyata keçirməlidir.

 

Universitetlərin daxili qaydada qəbul prosesini tamamilə aradan qaldırmaq lazımdır. Ən azından bu proses DİM-ə verilərsə, həm şəffaflıq, həm də əlçatanlılıq təmin olunacaq”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis Bərdədə mənşəyi bilinməyən ət aşkarladı 26 May 2020, 12:42 ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Sumqayıtda dəhşətli qəza - 5 ölü, 2 yaralı - YENİLƏNİB 26 May 2020, 12:00 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19