Arxiv
3 Sentyabr 2018, 13:15 | REPORTAJ
Eks-nazirlər mətbuatdan niyə qaçırlar? - “Bağda ərik var idi...”

“Bağda ərik var idi, salam-məlik var idi. Bağda ərik qurtardı, salam-məlik qurtardı”.  “Evləri köndələn yar” televiziya tamaşasında Şakir Şəkəroviçin Surxayzadəyə xitabən səsləndirdiyi məşhur replikanı elə-belə sitat gətirmirik. Bunu bir vaxtlar zəhmi, sanbalı, əlində olan səlahiyyətlərilə bütün mətbuatı nəzarətində saxlamağı bacaran eks-nazirlərə, vəzifə sahiblərinə da şamil etmək olar. Nə hikmətdirsə, vəzifədə olarkən mətbuatın qarşısına çıxan, yaxud mətbuat katibi vasitəsilə əksər sualları cavablandıranlar, indi internet media resurslarında, qəzetlərdə barələrində yazılan palaz-palaz ittihamlara cavab verməməyi seçirlər.


Elə bir vaxtlar mətbuata açıqlığı ilə seçilən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, eks-nəqliyyat naziri Ziya Məmmədov kimi...


Adıçəkilən sabiqlər postlarından uzaqlaşdırılalı aylar olsa da, onlarla əlaqə qurmaq cəhdlərimiz uğursuzdur. Bir vaxtlar zəngimə şəxsən özü cavab verən, çox mədəni, eyni zamanda sadə şəkildə münasibət sərgiləyən Heydər Əsədov indi yazılan mesajlara belə reaksiya vermir. Eləcə də Səlim Müslümov, Əli Abbasov...


Nədir onları mətbuatdan qaçıran səbəb? Mətbuatın özü, yoxsa nazir postunda olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yelkən açmaq?

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, sözügedən şəxslər - nazir, icra başçısı, hansısa dövlət qurumunun rəhbəri olanda müəyyən dövlət funksiyalarını yerinə yetirirdilər:

“Onların vəzifələrindən doğan öhdəlikləri, təmsil etdikləri qurumun əsasnaməsindən, qanunvericilikdən, irəli gələn funksiyaları vardı. Məhz ona görə də məsuliyyət daşıyırdılar. Bu baxımdan kütləvi informasiya vasitələrində gedən, ictimai müzakirələrə səbəb olan istənilən məsələlərlə bağlı özləri, yaxud səlahiyyətli nümayəndələri cəmiyyəti  maraqlandıran suallara cavab verməli, münasibət bildirməli idilər. Eyni zamanda, bu ona görə vacib idi ki, barələrində gedən yanlış informasiyaya aydınlıq gətirsinlər. Bir sözlə, qanunvericiliyin tələbləri onlardan cavab tələb edirdi”.


Ekspert qeyd edir ki, vəzifədən azad edildikdən sonra cəmiyyətin bəzi kəsimləri üçün maraqlı olsalar da, onlar hazırda ictimai fiqur deyillər:

“İndi onlar dövlət funksiyalarını yerinə yetirmədiklərinə görə, adi şəxslərdən birinə çeviliblər. Belə olan halda, kütləvi informasiya vasitələrində gedən, yaxud müzakirə edilən məsələlər və onlara aydınlıq gətirilməsində maraqlı deyillər. Onları cavab verməyə məcbur edəcək hüquqi vasitə də yoxdur. Bu baxımdan da kimin, hansı sualı ünvanlamasından asılı olmayaraq, cavab vermək məsuliyyətləri də yaranmır”.

 

Hüquqşünas bildirir ki, indiki məqamda olmasa da, bir vaxtlar sabiqlər çox ciddi ictimai funksiyaları yerinə yetiriblər:

“Onlar dövlət ictimai funksiyalarını yerinə yetiriblər. Vəzifədən getdikdən sonra onlar barəsində hər hansı fikir səslənirsə, təkzib vermək, yaxud əks arqumentlər gətirmək hüquqları var. Adətən vəzifədən gedən şəxsin qanunsuz hallara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yaxud şərəf və ləyaqəti, reputasiyası ilə bağlı məlumatlar tirajlanır. Onların bu məsələlərə cavab vermək hüququ var. Amma vəzifəsi olmadığı üçün yenə də geri çəkilirlər.

Azərbaycan praktikasına, eləcə də sovet məkanından çıxmış ölkələrin praktikasına baxsaq, görərik ki, 95 faiz hallarda şəxs vəzifədən azad edildikdə ittihamlara cavab vermək istəmir. O, unudulmaq istəyir. Hər halda vəzifədə olarkən müəyyən gərgin, stressli anlar yaşayan şəxsin, vəzifədən getdikdən sonra unudulmağı seçməsi anlaşılandır. Çünki müsbət və mənfi çalarlarından asılı olmayaraq, verilən cavablar yeni bir diskussiyaya gətirib çıxarır. Bir sözlə, sabiqlər gündəmdə olmaq istəmirlər. Digər səbəblər də var: bir çoxları doğrudan da çox ciddi qanunsuzluqlara yol verdiklərindən bunu istəmirlər.

Məsələ burasındadır ki, bizdə vəzifəli şəxslər işdən azad olunarkən onlar barədə daha geniş məlumatlar yayılır, nəinki vəzifədə olarkən. Bu həm də onunla bağlıdır ki, şəxslər vəzifədə olarkən, istənilən məsələni ört-basdır etmək, yaxud barəsində gedən hansısa neqativ yazını sildirmək imkanları var. Vəzifə itiriləndən sonra bu imkanlar olmadığı kimi, onlar da məsələyə cavab verib uzun-uzadı müzakirlərə səbəb olmaq niyyətlərindən vaz keçirlər.


 Amma bəzi hallarda vəzifədən gedən şəxslər barədə yalan məlumatlar da tirajlanır. Bir qrup insanlar var ki, məhz bununla məşğuldurlar. Vəzifədə olarkən onların sadiq köməkçisi olurlar, vəzifədən gedəndən sonra isə “şir”, “pələng” olub düşürlər sabiqlərin üzərinə.

Amma ümumiyyətlə, mövcud praktika vəzifədən azad edilmiş şəxslərin daha çox danışmaması ilə müşahidə edilir. Hər halda düşünürəm ki, bəzi hallarda elə məlumatlar tirajlanır ki, onların həqiqət olub-olmaması şübhə doğurur, mübahisə yaradır. Ona görə də belə hallarda cavab vermək, aydınlıq gətirmək daha məqsədəuyğun olardı. Əksər hallarda onların danışması isə özləri və yaxın çevrələri tərəfindən arzuolunan hal hesab olunmur.

Bəzi Qərb ölkələrində bu praktika var. Amma dünya ölkələrində prezident, eləcə də digər seçkili vəzifələrdə səlahiyyət müddəti başa çatmış şəxslərin əksəriyyəti ittihamlara cavab verməkdən uzaq olurlar. Yox əgər vəzifələrini itirsələr də, aktiv siyasətdə olurlarsa, yaxud başqa qurumlarda vəzifə daşıyırlarsa, bu proseslərə cavab verirlər. Yaxud gələcəkdə vəzifə iddiaları olursa, bu ittihamlara cavab vermək məcburiyyəti hiss edirlər.
Eyni zamanda, hər hansı şəxsin vəzifədə olarkən səhvlər etməsi istisna deyil. İnsan amili olan yerdə səhvlər mümkündür. Bu da istər-istəməz onları cavab verməkdən çəkindirir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18