Arxiv
1 Dekabr 2018, 13:08 | REPORTAJ
Bir şəklin tarixçəsi: Bakıda “qeybə çəkilən” möhtəşəm tikili - Onu kim və niyə sökmüşdü?  

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında budəfəki təqdimatı uzun illər öncə Bakıda mövcud olmuş məşhur tikili ilə bağlıdır. Söhbət Aleksandr Nevski Başkilsəsindən gedir.

O kilsə ki, tikintisi 10 ilə və böyük zəhmətlər hesabına başa gəlmişdi.


1888-ci ildə təməli qoyulan Aleksandr Nevski Başkilsəsi 1898-ci ildə istifadəyə verilib.

Tarixi mənbələrə görə, 1878-ci ildə Bakı valisi Valerian Pozen şəhərin pravoslav icması üçün kilsə tikdirmək təklifi ilə çıxış edir. Ali dini qurum (Sinod) bu kilsənin o zamanki Persidskaya küçəsində (indiki Muxtarov küçəsi), köhnə müsəlman qəbristanlığının yerində tikilməsinə icazə verir. Hökümətin yerli müsəlmanlarla 10 illik mübahisəsindən sonra, kilsənin inşasına başlanılır.

8 oktyabr 1888-ci il tarixində imperator III Aleksandr ailəsi ilə birgə Bakıya gəlir və kilsənin təməl daşının qoyulması mərasimində iştirak edir.

Kilsənin memarı alman Robert Marfeld, onun köməkçisi isə polyak memar və mühəndis İosif Qoslavski idi. O Qoslavski ki, sonralar Bakının baş arxitektoru oldu.

Kilsənin tikintisinə başlayandan az sonra inşaat büdcəsi tükənir və Bakı sakinlərindən 200 min manat ianə toplanır. Bu məbləğin 75% müsəlmanlar tərəfindən verilir ki, bura məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin ayırdığı 10 min manat da daxil idi. Daha 10 min manat Bakının yəhudi icmasından yığılmışdı.

O zaman Bakıda yerləşən Aleksandr Nevski Başkilsəsi kilsəsi el arasında “Qızıllı kilsə” kimi də tanınırdı. Bu, Zaqafqaziyanın ən böyük ortodoks kilisəsi olub.



Aleksandr Nevski Başkilsəsi mürəkkəb memarlıq və mühəndis tikintisi sayılırdı. Qoslavski yalnız binanın konstruksiya hissəsinin həllində yox, həm də kilsənin element və detallarının icrasında öz istedadını göstərmişdi.

Kilsənin memarlıq işlənməsində Qoslavskinin iştirakı o dərəcədə böyükdür ki, onun bu ibadət binasının ikinci müəllifi qismində tanıyıblar.

Qeyd etdiyimiz kimi, kilsənin tikintisinə faktiki rəhbərliyi İosif Qoslavski etmişdi.

Aleksandr Nevski Başkilsəsi 1936-cı ildə bolşeviklər tərəfindən yerlə-yeksan edilib. Stalin hökuməti kilsəni partlayıcı maddə vasitəsilə məhv edib. Bolşeviklər onu Bibiheybət məscidi ilə bir gündə dağıdıblar.

Aleksandr Nevski Başkilsəsinin vaxtilə yerləşdiyi ərazidə hazırda 189 və 190 nömrəli məktəblər fəaliyyət göstərir.

İ.Qoslavski 1865-ci ildə Varşava şəhərində zadəgan ailəsində anadan olmuşdu. 1890-cı ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirmişdi.

Qoslavski Bakı üçün nələr yaratmayıb...

O, 1891-ci ilin oktyabrında Aleksandr Nevski Başkilsəsinin inşası üçün Bakıya gəlmişdi. Bu kilsənin inşası üzrə iş icraçısı olan Qoslavski 1892-ci ildən Bakı şəhər memarı vəzifəsini yerinə yetirməyə başlamışdı. Baş memarın lap ilk yaradıcılıq addımları şəhərin inkişafında dönüş nöqtəsi olmuş, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərmiş və o, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan xüsusiyyətlər vermişdi.

Qoslavski 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti ərzində Bakıda Aleksandr Nevski Başkilsəsindən əlavə, 12 əsaslı obyekt layihələndirərək, inşa edib.


Onun 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti hər bir kəsi heyran edir. İ.Qoslavskinin memarlıq irsi çoxsahəli və çoxcəhətlidir.

Məsələn, onun 1900-1904-cü illərdə Bakı şəhər Duması üçün tikdiyi möhtəşəm bina bu gün də paytaxtın bəzəyi hesab olunur və indi ora Bakı Şəhər İcra Hakimiyyətinin iqamətgahıdır.

İosif Qoslavski H.Z.Tağıyevin Mərdəkandakı villasının, Zığ kəndindəki toxuculuq fabrikinin, Tağıyevin Qızlar məktəbinin və digər memarlıq abidələrinin müəllifi kimi tarixə düşüb. Qəzlar məktəbinin binasında sonralar - 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti yerləşib. Hazırda isə orada Əlyazmalar İnstitutu fəaliyyət göstərir.

Bakı orta texniki məktəbinin (indiki Neft və Sənaye Universiteti) binası da Qoslavski tərəfindən H.Z.Tağıyevin vəsaiti hesabına tikilib.

Hazırda Azərbaycan Tarixi Muzeyinin binası da vaxtilə Qoslavskinin layihəsi əsasında Tağıyevin yaşayış evi kimi tikilib.

Qoslavski 30 yanvar 1904-cü il tarixində 39 yaşında Bakı şəhərində vəfat edib. O, vərəm xəstəliyinə tutulmuşdu. Xəstəliklə mübarizə apardığı bir zamanda arvadı uşaqlarını da götürüb Polşaya gedir, xəstə İosif Bakıda təkbaşına qalır və ölür. Sonradan bacısı gəlib onun əşyalarını Polşaya aparıb...


A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək?.. 30 Oktyabr 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23