Arxiv
8 Dekabr 2018, 09:52 | ƏDƏBİYYAT
Anası ölmüş neyləsin axı?...  

Akif Cabbarlı

Həyat etüdləri

 

Köhnəlmiş və olduqca yorğun görünən marşrut avtobusu 20-ci sahə dairəsindəki dayanacaqdan yükünü tutub sürətlə Azneft meydanı istiqamətinə “qanad açdı”. Salonda sıxlıq idi. Badamdar yoxuşunda baş verən məlum təbiət hadisəsindən sonra marşrut xətlərində dəyişiklik edildiyindən sərnişinlər qarşılarına çıxan ilk avtobusa mindiyi üçün bu cür hallar tez-tez yaranırdı.

 

Qarşı tərəfdə - sürücünün lap arxasında güc-bəla özümə yer eləyib yıxılmamaq və kimisə narahat etməmək üçün salon boyu uzanan tutacaqdan möhkəm-möhkəm yapışmışdım. Birdən güzgüdə dolu sifətli, qapqara bığlı sürücünün iştahla nə isə yediyini gördüm. Fikirləşdim ki, bəlkə səhər-səhər ağzını dada gətirmək üçün konfet yeyir, amma sol tərəfindəki çantadan ara-sıra götürüb ağzına qoyduğu tikələri görəndə özlüyümdə aydınlaşdırdım ki, sən demə, səhər yeməyini elə sükan arxasında - iş başında yola verirmiş. Sürücü ağzını marçıldada-marçıldada yeməyini başa vurub, ədəb-ərkanla termosdan iri bir fincana çay da süzdü. O, bu prosesləri elə diribaşcasına, səliqə ilə yerinə yetirirdi ki, inanın, yerə bir damcı çay da, bir qırıq çörək də düşmürdü. İnsafən, maşını da babat idarə edirdi. Düzdür, arada kimsə kiminsə ayaqqabısına bir xatirə nişanəsi qoyurdu, amma sıxlığı nəzərə alıb sən deyən bir-birini yağlı söyüşlərə qonaq eləyən də olmurdu.

 

Birdən qarşıdakı döngədən iki məktəbli oğlan avtobusun lap qənşərindən yolu qaça-qaça keçmək istədi və anındaca sürücü əyləci basdı. Fincandakı içilməmiş çay sürücünün sinəsinə, qıpqırmızı qalstukunun üstünə töküldü. Yanımda dayanan, “Coca-Cola” gillədən oğlanın şüşəsindəki içki isə mən qarışıq üç-dörd nəfərin üst-başını islatmağa kifayət elədi. Daha dözə bilmədim:

 

-Ay kişi, evdən yeyib-içib çıxardın da, avtobus sənin üçün kafe, yaxud çayxana deyil axı, – dedim.

Kişi güzgüdəncə məni tərs-tərs süzüb cavab qaytarmaq üçün fikirləşirdi ki, yanımda dayanan ağbirçək bir qadın üz-gözünü turşudub nə desə yaxşıdır:

-Qardaş, xoşun gəlmir, düş, taksiyə min. Anası ölmüş neyləsin, gecə-gündüz sənin kimi demaqoqları ora-bura daşıyır. Onun vaxtımı var sizin kimi evində, ya da restoranda yeyib-içsin? Sözün var, söz danış, hətərən-pətərən söhbət lazım deyil burada.

 

Dinmədim. Sadəcə güzgüdən həvəslə siqaret tüstülədən sürücüyə baxdım. Yemişdi, içmişdi, indi də adəti üzrə üstündən bir siqaret də çəkməliydi axı bu zalım balası, anasıölmüş kişi...

 

MOLLADAN QABAQ...

 

Yeni ilin gəlişinə bircə gün qalırdı. Əliyusif müəllim çoxdan bəri fikirləşdiyi bir eksperimenti reallaşdırmaq istədi. Sadəcə yoxlamaq istəyirdi ki, görəsən, dost-tanış, qohum-əqrəba onu işlədiyi, imkanlarının aşıb-daşdığı zamanlardakı kimi yenə də isti izlərlə axtarıb tapacaq, qonaqlıqlara, gəzintilərə dəvət edəcəklər, yoxsa işsiz-gücsüz, mənəvi və maddi cəhətdən axsayan, korluq çəkən bir bivec kimi heç yada da salmayacaq, Allahın bir quru təbrikini də qıymayacaqdılar.

 

Odur ki, Əliyusif müəllim telefonunu söndürdü və qərara aldı ki, heç küçəyə-bacaya da çıxmasın, kiminləsə təsadüfən də olsa, rastlaşmasın. Yeni ili ailəsi ilə, övladlarını, nəvələrini başına yığıb, el adəti üzrə qarşıladı. Ötən ayın pensiyasından qırtladıb aldığı şampan şüşəsini də ortaya qoymuşdu ki, süfrələri zəngin, yaraşıqlı görünsün. Nə isə... İki gün sonra telefonu açdı və ötən müddətdə kimlərin zəng edib-etmədiyini yoxlamaq istədi. Telefonunun yaddaşında cəmi dörd zəng qeydə alınmışdı. Orta məktəb yoldaşlarından cəmisi dördü sağ qalmışdı, qalanlarının adı isə “rəhmətlik” sözü ilə yanaşı çəkilirdi. Götürüb bir-bir nömrələri yığdı. Sinif “uşaqlarından” cəmi bircə nəfər dedi ki, qardaş, bayramını təbrik eləmək istəyirdim, heyif ki, düşə bilmədim. Yəqin elə yerdə oturmusan ki, zəng çatmayıb. Qalan üçü isə elə bil sözləşiblərmiş kimi kişinin ürəyini büsbütün bulandırdılar:

 

-Əşi, haradasan? Telefonuna da zəng çatmır. Dedik bəlkə... Uşaqlara de ki, vaxtı çatanda bizi yaddan çıxarmasınlar, molladan qabaq bizə xəbər eləsinlər ha...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47
SORĞU Yeni parlamentdə kimlər olsun?