Arxiv
30 Dekabr 2018, 16:04 | ƏDƏBİYYAT
50 illik yubileyinə Brejnevlə gələn yazıçı Əyyub Qiyas

O, hətta ABŞ-ın indiki prezidenti Donald Trampın da redaktoru olub

 

Sumqayıt Poeziya Evində öz zəngin, özünəməxsus yaradıcılığı ilə populyarlıq qazanmış istedadlı şair-dramaturq  Əyyub Qiyasın 50 illik yubileyi keçirilmişdir. O, yubileyə tək gəlməmişdi - SSRİ-yə uzun illər rəhbərlik etmiş L.Brejnevi də özünün "Havay tətilləri, yaxud Brejnev sağdır" romanında götürüb gəlmişdi.
 

Onu çoxları ilk dəfə müasirliyi, orijinallığı ilə seçilən şeirlər müəllifi - gənc şair kimi tanıyıb. Rəsul Rzanı, Əli Kərimi, Xəlil Rzanı, Ramiz Rövşəni özünün poeziya kumirləri sayan gənc Əyyub Qiyasın ötən əsrin 90-cı illərinin əvvəllərində qəzet və jurnallarda, müxtəlif ədəbi nəşrlərdə görünən imzası elə ilk günlərdən diqqəti cəlb etmişdi. O, dahi şairlərimizin, korifey sənətkarların əbədi var olduğu, hər qələm tutana boy verməyən Azərbaycan poeziyasına həmin illərdə öz yeni sözü, yeni səsi ilə gəlmişdi.

Əyyub Qiyasda ədəbiyyata, şeirə-sənətə olan sevgini isə onun istedadlı ədəbiyyat müəllimi, tanınmış şairə, Azərbaycanın Əməkdar müəllimi Ofelya Babayeva oyatmışdı. Və məhz ədəbiyyata, şeirə olan böyük marağı və sevgisi onun gələcək həyatını müəyyənləşdirdi.
 

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində, sonralar  Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kurslarında təhsil alması, Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi aspiranturasını bitirməsi onun yaradıcılıq potensialının artmasında mühüm rol oynayıb.

Və bir vaxtlar poeziya sevdası ilə başına topladığı gənc şairlərlə birgə yaratdığı "Dəniz" Ədəbi Birliyi onun poetik istedadının püxtələşməsinə daha bir səbəb olmaqla, dünyanın "ədəbiyyat okeanı"na çıxmaq istəyini gücləndirdi.  Azərbaycanın və Avropa ölkələrinin, Amerikanın məşhur yazıçı və şairlərinin əsərləri ilə hələ məktəb illərindən tanış olması, güclü  mütaliəsi tədricən onun yaradıcılıq istiqamətlərini də genişləndirdi. Ədəbiyyata şeirlə gəlsə də, nəsrə, dramaturgiyaya da marağı artdı.

Təsadüfi deyil ki, onun  "Mən bir sapand daşıyam ki...", "EŞQ", "Dərdin yaşı bilinməz"  şeirlər kitabları ilə yanaşı, olduqca maraqlı povest və romanları, o cümlədən "Sonuncu büt",  "Qara işıq", "Köpək bürcü",  "Sultan körpüsü", "Kağız gəmilər", "Tənha qadın üçün serenada" və digər romanları ədəbi ictimaiyyət və oxucular tərəfindən bu gün də yüksək qiymətləndirilir.  Əyyub Qiyasın dünya teatr səhnələrində uğurla tamaşaya qoyula biləcək "Cəhənnəm ekspresi" psixoloji dramı və "Qarışqa yuvası" tragikomediyası onun dramaturgiya sahəsində daha böyük uğurlar qazana biləcəyinə böyük inam yaradır. Hər iki əsər respublika teatrları tərəfindən səhnələşdirilmiş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun bu dram əsərlərinin uğurlu alınmasında müxtəlif teatrlarda rejissor və direktor kimi çalışmasının da rolu az olmayıb. Bir vaxtlar müxtəlif jurnallarda, o cümlədən "Ulduz", "Ulu çinar", "Qobustan" jurnallarında çalışması da onun yaradıcılıq təxəllüyünə və diapazonuna öz müsbət təsirini göstərib.

Yaradıcılıq uğurlarına görə Prezident təqaüdünə layiq görülən Əyyub Qiyas tərcümə sahəsində də gərgin və səmərəli çalışır. O, indiyədək dünyanın bir çox məşhur yazıçı və dramaturqlarının 90-a yaxın roman, povest və dram əsərini, o cümlədən  E.Remarkın, A. Karpenterin,  B.Pasternakın, E.Yunsonun, S.Bellounun və  dünyaca məşhur yazıçımız  Çingiz Abdullayevin neçə-neçə romanını, B.Brextin, H.Hofmanın, F.Dürrenmattın, S.Bekketin dram əsərlərini, Rabindranat Taqorun, Vladimir Vısotskinin, Qabriella Mistralın, İosif Brodskinin, Leyla Əliyevanın  və digərlərinin şeirlərini  ustalıqla Azərbaycan dilinə çevirmişdir.  

O, dünya ədəbiyyatının 35-dən artıq görkəmli nümayəndəsinin, o cümlədən  A.Ekzüperinin, H.Heynenin,  A.Soljenitsının, K.Doylun,  Ç.Darvinin, D. Moryenin, Edqar Ponun, hətta ABŞ-ın indiki prezidenti Donald Trampın ("Heç vaxt təslim olma") əsərlərindən ibarət kitabların, həmçinin  ərəb və yapon ədəbiyyatı antologiyalarının redaktoru olmuşdur. 

Əyyub Qiyas istedadlı teatrşünas kimi bir-çox televiziya tamaşalarının və filmlərin, serialların, o cümlədən böyük maraqla qarşılanan  "Susmuş vicdan" (2010, "Xəzər" TV,),  "Sevginin göz yaşları" (2013, "Xəzər" TV),  "Kəpənək qanadları" (2002, "Dünya" TV) "Şəkilli kitab" (2009, "Dünya" TV)  filmlərinin,  "Sonuncu fəsil"  (2013, ATV), "Tək olanda qorxma..." (2013, "Space" TV) teleseriallarının ssenari müəllifi, "Nabat" filminin (2013, "Azərbaycanfilm") və "Oyunçu" tele-serialının (2008, AzTV) redaktoru olmuşdur.  O, həmçinin özünü aktyor kimi "Cansıxıcı əhvalat" (1988, Elçin obrazı) və  "Murad-Sad" (1988, Murad obrazı) filmlərində də sınamış və Moskvadakı tələbəlik illəri dövründə məharətlə, ustalıqla yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

Təsadüfi deyil ki, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, bütün varlığı ilə ədəbiyyat, şeir-sənət adamı olan, ötən illər ərzində ədəbi yaradıcılıq və  tərcümə sahəsində bir-çox mükafatlara layiq görülən Əyyub Qiyasın 50 illik yubileyi və yeni çapdan çıxmış “Havay tətilləri, yaxud  Brejnev sağdır” kitabının təqdimatı ilə bağlı Sumqayıt Poeziya Evində keçirilən geniş tədbirdə şəhər ictimaiyyətinin və ədəbi mühitinin nümayəndələri ilə yanaşı respublikanın bir-çox yerlərindən təşrif buyurmuş qələm dostları - tanınmış şair və yazıçılar, alimlər, aktyorlar, mətbuat işçiləri və daimi oxucuları da iştirak edirdilər.

Yubilyarın yaradıcılığına böyük maraqdan, həm də ehtiram doğuran qürurlu şəxsiyyətindən irəli gəlirdi ki, Poeziya Evində ilk dəfə idi ki, böyük bir izdiham vardı.  Və təsadüfi deyildi ki, Ə.Kərim adına Poeziya Klubunun sədri, şair İbrahim İlyasılı qonaqları salamlayaraq, yubilyarı təbrik etdikdən, tədbirin aparıcısı şair  Ehtiram İlham dostu Əyyub Qiyasın yaradıcılığı haqqında danışdıqdan sonra çoxları böyük həvəslə yubilyar və onun əsərləri barədə ürək sözlərini deməyə can atırdı. Və təbii ki, onun haqqında ilk söz bir vaxtlar ona ədəbiyyatı sevdirə bilmiş müəlliməsinə, Azərbaycanın Əməkdar müəllimi, "Şöhrət" ordenli Ofelya Babayevaya verildi.  O, Əyyub Qiyasın orta məktəb illəri ilə bağlı xatirələrini yada salaraq, öz keçmiş şagirdi ilə fəxr etdiyini bildirdi və ona yaradıcılığında daha böyük uğurlar arzuladı.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, ədəbi tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, şairlər Əşrəf Vesyəlli, Adilə Nəzər və Ayaz Arabaçı, Sumqayıt Dövlət Universitetinin professoru, şair Rafiq Yusifoğlu, yazıçılar Seyran Səxavət, Almaz Bəyazid və Kamran Nəzirli, AYB Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının sədri, şair Əkbər Qoşalı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şairə-bəstəkar Xanım İsmayılqızı, AJB Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, professor  Rüstəm Kamal, AYB Qubadlı rayon bölməsinin sədri Namiq Məna, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Şəkidən öz "Piti" suveniri ilə yubilyarı təbrikə gəlmiş həkim, oxucu Vüqar Əmrahov və başqaları çıxış edərək Əyyub Qiyası 50 illik yubileyi münasibətilə təbrik etdilər, yazıçının çoxşaxəli yaradıcılığı haqqında fikirlərini söylədilər və yeni əsərləri ilə tez-tez oxucuların görüşünə gəlməsini arzuladılar.

Tədbir yubilyar şair-dramaturqun öz yaradıcılıq stilində qələmə aldığı “Sarı gəlin” şerinə onun tələbə dostları Şirzad Pirallahı və İlham Əsgəroğlu tərəfindən hazırılanmış maraqlı musiqi  kompozisiyası  ilə başa çatdı.

Tədbirin sonunda  Əyyub Qiyas öz yeni romanını - "Havay tətilləri, yaxud Brejnev sağdır" kitabını imzalayaraq oxuculara təqdim etməklə onları bir daha sevindirdi.  

 

Rəhman ORXAN

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17
SORĞU Yeni parlamentdə kimlər olsun?