Arxiv
1 Yanvar 2019, 19:57 | ƏDƏBİYYAT
Çuğulların aqibəti

Bu günlərdə - dekabrın 29-da Azər Qismətin ilk romanının təqdimat mərasimi idi. Tədbirə ədəbiyyat cameəsinin həm təcrübəli, həm də gənc yazıçıları ilə yanaşı jurnalistlər və bir neçə tanınmış tənqidçi də qatılmışdılar. Bəndəniz də dəvətlilər sırasındaydı.  Təqdimat mərasiminə dostumuz Kənan Hacı nəfəs verirdi. Ürəklər doluydu deyə çıxış edənlər barmaqla saya gəlmirdi. Ən əsası, kimsə boğazdan yuxarı kəlmə də kəsmirdi. Çıxışlarda Azər Qismətin ədəbiyyat aləmindəki layiqli mövqeyi və insani keyfiyyətləri başlıca müzakirə mövzusu oldu. Təbriklər və bir-birindən üstün ürək sözləri ara vermirdi, bu müəllifin halal haqqı idi.

          
İndi isə keçid alaq, “Çuğullar” romanının məziyyətlərinə. Bəri başdan deyim ki, Azər Qismətin bu əsəri yazmasına dəyərdi. Üzərinə düşən mənəvi yükün öhdəsindən qədərincə və bacarıqla gəlib. Romanı birnəfəsə oxusam da, mütaliəm düz bir il çəkdi(30.12.2018 – 01.01.2019). Romanın girişində oxucuya elə gəlir ki, deyəsən, “motor gec qızacaq”, amma təxminən 5-ci səhifədən başlayaraq hər şey qaydasına düşür, süjet xətti səni ağuşuna alır. Əsərin ideyası bəşəriyyət təşəkkül tapandan bəri alaq otu kimi kökünün kəsilməsi mümkün olmayan çuğullara həsr olunub. İlk baxışdan motiv sıravi təsir bağışlasa da, işlənmə texnikasının kifayət qədər mükəmməlliyi hesabına nəticə təsirli və düşündürücüdür. Hətta, deyərdim ki, yaddaşa həkk olunur. Əsərdə bu əzəli problemin aktuallıqdan yayındırılmasının bəşəriyyət üçün köklü səhv və yolverilməz olduğu vətəndaş yanğısı ilə əsaslandırılır. Əslində, romanı Azər Qismətin çuğulluğa qarşı hayqırtısı kimi dəyərləndirilməyimiz daha düzgün olardı.

       
Hadisə və epizodların bəzən hədsiz dərəcədə kəskinləşməsinə baxmayaraq əsərin fabulası rəvan axarda davam edir.  Romanın süjet xəttinə uyğun olaraq ruhsal qat gah güclənir, gah da səngiyir. Əsər boyunca şəxsi münasibət və qənaət qabarıq hiss olunur. Sanki, müəllif kitabın bütün səhifələrində səninlə gözbəgözdür. Sənin yaşantıların da onun üçün həyati əhəmiyyət kəsb edir. Əsərin baş qəhrəmanı – toksikologiya laboratoriyasının yeni işçisi iş tapmağın müşküllüyü ucbatından iş yerini itirməmək üçün min bir mənəvi əzaba qatlaşmalı olur. O, çuğullar sırasına qatılmamaqda israrlıdır. İş yerində çuğulluğun tüğyan elədiyi bir mühitdə əsərin baş qəhrəmanı bir növ pıqqapıq qaynayan qır qazanında duruş gətirməyə çalışır. Laboratoriyanın bəzi üzdəniraq Tibet kahinlərini andıran müdiri, onun çuğulluqda püxtələşdirdiyi müdir müavini, işçilərdən - Senyora, Adilə, sürücü Vəli və qarovulçu  baş qəhrəmanın hər saniyəsini belə qara əskiyə bükürlər.  Onu gün işığına həsrət qoyurlar. Həmin qurumda yalnız bir çıxış yolu var – çuğulluq, bu mənəviyyatsızlığa boyun əyməsən burada sənə yer tapılmaz.  Əsərin dramaturji yükü roman boyunca peşəkarcasına paylanıb. Bəzən konflikt şahə qalxır, bəzən də bir növ pərdə arxasına keçir.  İstənilən halda konflikt tarım vəziyyətdədir.              

        
Onu da deyim ki, roman ilk növbədə daha hazırlıqlı, hərtərəfli dünyagörüşünə malik, dünya ədəbiyyatı, mədəniyyəti və incəsənətinə dərindən bələd olan, yoruldum demədən mütaliə edən kəslərə hesablanıb. Əgər, fəlsəfə və psixologiyadan, heç olmasa, alababat baş çıxara bilmirsənsə, bu kitabı əlinə götürməyə dəyməz. Fəlsəfi fikirlər, sətiraltı mənalar ard-ardadır. Obrazların daxili aləmlərinin dolğun açılması üçün az qala ənginliklərə başa vurulur. Müəllif bir sıra hallarda okeanın dibindən incilər dənləyən qəvvası andırır.  Romanda inanclar, türkəçarə, loğmanlıq, müxtəlif elmi-texniki yeniliklərdən də məqamında və məqsədəuyğun şəkildə istifadə olunub. Məsələn; “Nərə balığını ovlamağın qarğışı ağır olur” deyimi, çadarlı xəstələrin(kök, sümüyü isə kövrək) qeyri-ənənəvi üsulla müalicəsi səhnəsi və digər bənzər epizodlar oxucunu romanın ideyasından ayırmır, əksinə, onun ruhunu daha da tərəvətləndirir, marağını gücləndirir.

         
Əsərin kompozisiyası sadə görünsə də, əslində bu ilkin təəssüratdır. Hadisələr adicə bir iş yerində - toksikologiya laboratoriyasında cərəyan edir. Yalnız arada-bir yuxarı qurumların nümayəndələri birbaşa və ya dolayısı ilə bu mühitə əlavə olunur.  Əməkdaşların işdənkənar şakərləri, eləcə də, bəzilərinin evlərində baş verənlər də iş yerində cərəyan edənlərlə birbaşa bağlıdır. Surətlərə müxtəlif rakurslardan baxış xarakteri daşıyır. Təhkiyə, dil və təsvirin vəhdəti, eləcə də, məntiqi axar  tam yerindədir. Müəllifin dəsti-xətti çox fərqlidir, onun dünya ədəbiyyatından da qədərincə və yaradıcı şəkildə bəhrələndiyi şəksizdir. Hətta, bu, bəzən həsəd, bəzən də heyranlıq doğurur. Məğzin dərinliyinə varmaq üçün müəllif istər bədii texnika, istərsə də zəngin dünyagörüşü, hərtərəfli mütaliəsindən bacarıqla yararlanıb. Roman boyunca vizuallıq da diqqətdən yayınmır. Bu da Azər Qismətin bədii yaradıcılıqla yanaşı telejurnalistikanın sirlərinə də kifayət qədər dərindən bələd olmasından qaynaqlanır. Roman boyunca emosional qat səni tərk etmir, bəzən tüklərin də ürpənir. Əsərdə idrak süzgəcinə aman verilmir. Beləcə, Azər Qismət bədii dillə dünyaya baxışını ortalığa qoyur. Bədii surətlər xırdalıqlarına qədər işlənib, tam tipikləşdirilib. Formanın orijinallığı, özünəməxsusluğu, məzmundan doğması və onu bitkin şəkildə tamamlaması təqdirəlayiqdir. Süjet xətti oynaq deyil, aramla davam edir, məntiqi axara, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə gətirib çıxarmasına hesablanıb. Romandakı düyünlər, münaqişələr və zidd qüvvələrin amansız çarpışması mahiyyətin çılpaqlığı ilə oxucuya çatdırılmasına xidmət edir.  İlk baxışdan, əsərin yekunu ilə oxucu razılaşmaya da bilər. Tabeliyindəki işçiləri çuğulluğa sövq edən yaşlı müdirin sonda sadəcə biabırçı formada vəzifədən kənarlaşdırılması və bundan sonra onun hələ üç ilə yaxın yaşaması oxucuda ciddi etiraz doğura bilər. Müəllifin fikrincə, həmin üç il bu nadürüstün mənəvi əzablar içində çabalamasına hesablanıb. Onun qənaətincə, bu, çuğulluq elminin atası səviyyəsinə ucalan müdir üçün istənilən faciəvi sonluqdan daha betərdir. Ümumilikdə, “Çuğullar” romanı çox uğurlu əsərdir. Bu məqamda onu da xüsusi vurğulamağı mənəvi borcum bilirəm ki, əsərin belə fərqli tərzdə qələmə alınması heç də hər kəsin çəkə biləcəyi yük deyil. Bu cür əsərlər Azərbaycan ədəbiyyatında barmaqla güclə saya gələr.

       
Həmin əsəri oxuyandan sonra isə ilkin olaraq ağlına gələn bu olur ki, kaş, “Çuğullar” romanı öz işçilərini çuğul qismində görmək üçün dəridən-qabıqdan çıxan müdirlərin əlinə düşməyəydi. Günümüzün reallığı belədir ki, bu cür kəslər kifayət qədərdir. Tərslikdən, həmin kitabda da müdirin dilindən “çuğul yetişdirmə elmi” hərtərəfli əksini tapıb. Yeri düşmüşkən, müəllifin əsərdə bir neçə yerdə əsərin baş qəhrəmanının diliynən qələmə aldığı “guya kənddə çuğul yetişməz” qənaəti ilə isə heç cür barışmaq olmur. Dost, ən saf, ən müdrik, təbiət halallığında insanlarla yanaşı əsl kənd fəndgirləri də(mənim “Kənd fəndgirliyi” hekayəm də elə bu mövzudadır) məhz belə kiçik yaşayış məntəqələrindən çıxmadır. Çuğulluğun da göbəyi elə kənddə kəsilib, sadəcə olaraq, bu “istedad” böyük şəhərlərdə  daha da inkişaf edərək “kamilləşir”. Romanla bağlı müəllifin diqqətinə daha bir incə məqamı çatdırmaq istərdim. Əsərdə  Qərb ədəbiyyatı, mədəniyyəti və incəsənəti, həmçinin, onların istər mənfi, istərsə də müsbət tarixi şəxsiyyətlərinin xarakteri, fikirlərinə dair bolluca istinad var. Özü də bunlardan bacarıqla və yerindəcə düzgün istifadə olunub. Di gəl, bu baxımdan milli ruhlu istinadlar olduqca məhduddur. Təbii ki, bu da birtərəfli görüntü yaradır və məncə yolverilməzdir. Diqqətiçəkən, digər bir fakt. Yiyəsi olsa, dünya ədəbiyyatı sırasında layiqli yerini tuta biləcək bu dəyərli kitaba cəmi 7 manat qiymət qoyulması ilə də adam heç cür razılaşmaq istəmir. Di gəl,  bədii ədəbiyyata ölkəmizdəki indiki oxucu münasibəti və alıcılıq qabiliyyətini göz önünə gətirdikdə, sadəcə, nəşriyyatı da başa düşmək məcburiyyətində qalırsan.

         
Azər, dost, ilk romanın düşərli olsun, dalı gəlsin. Əsərlərinin Azərbaycanla yanaşı beynəlxalq səviyyədə də dəyərli qiymətini almasını arzulayıram 2019-cu ilin ilk günündə. Sən buna layiqsən!!!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51 Mərdəkan Müalicə Pansionatının təmiri ilin sonuna qədər yekunlaşacaq 18 Sentyabr 2019, 14:43 Elmar Məmmədyarov İtaliyada Ermənistanın təcavüzündən DANIŞDI 18 Sentyabr 2019, 14:41 Ermənistanda vəziyyət DƏYİŞİR – “Paşinyanın rəqibləri revanşa hazırlaşır”. 18 Sentyabr 2019, 14:29