Arxiv
3 Yanvar 2019, 09:18 | ƏDƏBİYYAT
 Dil və ədəbiyyat dərslərinin tədrisi məsələləri - III YAZI

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Ədəbi tənqid zövqü formalaşdırmaqdan daha çox siyasətə, ideologiyaya xidmət edib, ədəbi-bədii nümunəni zövq materialı kimi, sənət nümunəsi kimi öyrənməyibdir. Tənqidçilərin, ədəbiyyatşünasların bədii ədəbiyyata, dilçilərin dilə siyasi baxımdan yanaşmaları dil və ədəbiyyatın özünü də, onu öyrənənlərin (uşaqların, gənclərin, geniş oxucu kütləsinin) zövqünü də korladı desək yanılmarıq. Dil və ədəbiyyatı siyasiləşdirənlərin dəyirmanına siyasiləşmiş dil və ədəbiyyat müəllimləri su tökməyə başladılar. Bu da uşaqlarda, gənclərdə, oxucularda əsl dil və ədəbiyyat zövqünü yox, siyasi zövqü formalaşdırdı. Dil və ədəbiyyatın yaradacağı sənət və sənətkarlıq zövqü kənarda qaldı. Atalar sözlərinə, nağıllara, dastanlara bədii ədəbiyyat nümunəsindən, bədii düşüncənin məhsulundan daha çox siyasi yöndə yanaşıldı. Dil və ədəbiyyat müəllimlərinin  bu işdə “xidmətləri”  danılmazdır. Dil müəllimləri siyasiləşmiş, siyasətə xidmət edən cümlələri təhlil etməklə dil zövqündən daha çox siyasi zövqə xidmət etdilər. Fonetik, leksik, morfoloji və sintaktik təhlil materialları siyasiləşmiş bədii mətnlərin içərisindən seçildi, eyni zamanda ədəbiyyat müəllimləri ədəbiyyat materiallarını Sovet tənqid və ədəbiyyatşünaslığının tələbləri istiqamətində təhlil etdilər. Burada dil və ədəbiyyat müəllimlərinin günahını yox, dövrün, zamanın, siyasi rejimin onları aciz bir vəziyyətə gətirdiyini söyləmək istəyirik. Bunun acı nəticələri ona gətirib çıxardı ki, Sovet dövrü ədəbiyyatı deyəndə bir çoxları onun üstündən xətt çəkmək istədilər və bu tendensiya indi də davam etməkdədir. Halbuki Sovet dövründə yaranmış ədəbiyyatın özünəməxsusluğu ilə yanaşı, çox dəyərli cəhətləri də vardır. Hətta indinin özündə belə, Sovet dövrü ədəbiyyatı yenidən təhlil və tədqiq olunmalıdır. Əgər belə olarsa, Sovet dövrü ədəbiyyatında çox dəyərli məqamları görmək olar, eyni zamanda Sovet ədəbiyyatını məqsədli siyasiləşdirənlərin siyasi mövqeyi aydınlaşa bilər. Odur ki, dil və ədəbiyyat savaşı dil və ədəbiyyat müəllimlərinin  zəhmətinə söykənir. Dil və ədəbiyyat müəllimləri ideologiyanın təsiri altında yazanların və sovet ideologiyasını vaxtilə təbliğ edənlərin yaradıcılığının üstündən xətt çəkə bilməzlər. Dil və ədəbiyyat müəllimlərinin borcudur ki, Sovet ideologiyasına xidmət edən hər nə varsa, onu ayırd etməyi bacarsın və əsl ədəbiyyata xidmət edən tərəfləri təbliğ etsin, ən azı dərs dediyi auditoriyada yaya bilsin. Burada dil və ədəbiyyat müəllimlərinin çiyinlərinə böyük yük düşür. Ona görə ki, qeyri-peşəkarlar dövrün, zamanın dəyişməsindən sui istifadə edərək bütünlüklə sovet ədəbiyyatını inkar edirlər. Qeyri-peşəkarlar bunu asan bir yol kimi seçir, nə özlərini, nə də cəmiyyəti Sovet ədəbiyyatı barədə düşünməyə yönəltmirlər. Belə olduğu təqdirdə, dil və ədəbiyyat müəllimləri Sovet dövründə yaranmış və Sovet ədəbiyyatı adı ilə tanınan ədəbiyyatı məsuliyyətlə təhlil etməli, cəmiyyətə, xüsusilə, dərs dedikləri şagirdlərə, tələbələrə düzgün təqdim etməlidirlər. Bir daha qeyd etmək istəyirik ki, Sovet dövründə yaranmış ədəbiyyatda zərərli nümunələr var, ancaq belə bir hal bütövlükdə bu dövrün ədəbiyyatının inkarına xidmət etməməlidir. Bu dövrdə yaranmış ədəbiyyatda həm də  əsl ədəbiyyata xidmət edən kifayət qədər nümunələr var. Onları mənfi tendensiyalı nümunələrdən ayırd edib düzgün qiymətini vermək lazımdır. Dil və ədəbiyyat müəllimləri ədəbiyyatın tarixi ilə bağlı zəngin , hərtərəfli biliyə malik olmalı və zamanın sınağından keçən, eləcə də keçməyən ədəbiyyatı ayırd etməyi bacarmalıdırlar. Dil və ədəbiyyat müəllimləri dərs dedikləri şagirdləri, tələbələri başa salmalıdırlar ki, əgər oxucu oxuduğu əsərdən bir fayda, xeyir götürürsə, onu zərərli əsər hesab etmək olmaz. Zərərli əsər odur ki, onun oxucuya heç bir xeyri, faydası olmur. Bir sözlə, məktəb deyilən müqəddəs bir yerdə Sovet dövründə yaranmış ədəbiyyat zərərli ədəbiyyatdır, onun xalqımıza heç bir aidiyyatı yoxdur, bu ədəbiyyat başdan ayağa qədər ideologiya üzərində qurulmuş ədəbiyyatdır və s. kimi fikirləri təbliğ etmək olmaz. Əksinə, məktəblərdə, təbii ki, dil və ədəbiyyat dərslərində Sovet dövründə yaranmış ədəbiyyatın reallıqlarını, imkanlarını, zərərli və faydalı tərəflərini bir-birindən ayırmaqla öyrətmək lazımdır. Bunun üçün dil və ədəbiyyat dərsliklərində, orta və ali məktəb dərsliklərində bu məsələ öz yerini düzgün tapmalı, öz yerini düzgün tutmalıdır. Nəzərə alsaq ki, bizim bu məsələləri ayırd etməyə kifayət qədər imkanımız vardır. Belə ki, orta məktəblərdə dil və ədəbiyyat dərslərindən əlavə, ali məktəblərdə filologiya fakültələri mövcuddur ki, burada bütün problemli məsələlərin incəliklərinə qədər öyrənilməsinə imkan və şərait kifayət qədərdir. Yəni filologiya fakültələrində dil və ədəbiyyat müəllimləri kimi yetişəcək mütəxəssislərin hərtərəfli hazırlanmaması mümkün deyildir. Ona görə də kifayət edər ki, dil və ədəbiyyat müəllimləri dil və ədəbiyyat dərslərinin məzmununa, eləcə də tədrisinə məsuliyyətlə yanaşsınlar. Orta məktəbin dil və ədəbiyyat dərslikləri ilə  ali məktəblərin dil və ədəbiyyat dərslikləri arasında rabitə, əlaqə itməsin. Buna görə də orta məktəbin dil və ədəbiyyat dərsliklərinin məzmununu nəzərə almaqla ali məktəblərin dil, ədəbiyyat dərslikləri yazılmalıdır. Ali məktəblərdəki dil və ədəbiyyat dərslikləri orta məktəblərin dil, ədəbiyyat dərsliklərinin məzmunu üzərində təkmilləşməli və genişlənməlidir. Ədəbiyyat dərsliklərinə ədəbiyyatımızın tarixində oturuşmuş yazıçılar, şairlər daxil olmalıdır. Dil dərsliklərindəki mətnlər ədəbiyyat tariximizdə  oturuşmuş yazıçı və şairlərin əsərlərindən seçilməlidir. Belə tənqidçilər, ədəbiyyatşünaslar, dilçilər öz aralarında ayrı-ayrı şair və yazıçılara (xüsusilə də Sovet dövrü şair və yazıçılarına) düzgün qiymət verə bilmirlərsə, onları yerli-yersiz suçlayırlarsa, bunun nəticəsində onları ədəbiyyat dərsliklərindən çıxarırlarsa, deməli, hələ bu barədə düşünməyə, eyni zamanda dil və ədəbiyyat dərslərinin, həm də bu fənlərin problemlərindən danışmağa dəyər.

           
davamı var...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşsizlərə birdəfəlik ödəmənin verilməsinə başlanıldı: 10 000 nəfər üçün ödəniş edilib 9 Aprel 2020, 22:18 “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova 9 Aprel 2020, 21:53 Bu ölkədə koronavirus 18 279 nəfərin həyatına son qoydu 9 Aprel 2020, 21:36 “Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub” - Səfir 9 Aprel 2020, 21:21 Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı 9 Aprel 2020, 21:08 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar 9 Aprel 2020, 20:44 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı 9 Aprel 2020, 20:27 Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR 9 Aprel 2020, 20:12 Koronavirusdan zərər çəkən sahibkarlara yardım edilməsinə başlanıldı 9 Aprel 2020, 20:01 Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI 9 Aprel 2020, 19:52 Gürcüstanda daha 7 nəfərdə COVİD-19 tapıldı 9 Aprel 2020, 19:41 Karantindən evə buraxılan tələbədən məktub: “Gələn dəfə “Relax”a istirahət üçün gəlmək ümidi ilə...” - VİDEO 9 Aprel 2020, 19:37 “OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ? 9 Aprel 2020, 19:29 UNEC brendi Xorvatiyada da tanındı 9 Aprel 2020, 19:24 Yol polisindən paytaxt sakinlərinə müraciət: Sağlamlığınıza biganə qalmayın 9 Aprel 2020, 19:16 Vasif Talıbovdan yeni kadr təyinatı 9 Aprel 2020, 19:09 Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə 9 Aprel 2020, 18:54 İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək 9 Aprel 2020, 18:46 İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI 9 Aprel 2020, 18:40 Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir 9 Aprel 2020, 18:33 Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI 9 Aprel 2020, 18:30 Akademik Arif İsmayılzadə vəfat etdi   9 Aprel 2020, 18:24 Peşə təhsili üzrə teledərsin sabaha olan CƏDVƏLİ 9 Aprel 2020, 18:16 Çingiz Qənizadə: “Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi” 9 Aprel 2020, 18:09 Nazarbayev: Dünyaya güc göstərənlər bu ağır vəziyyətdən dərs almalıdırlar! 9 Aprel 2020, 18:00 Naftalan İcra Hakimiyyəti əlil və ahıllara yardım edib - FOTO 9 Aprel 2020, 17:56 Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını 37-yə endirdi 9 Aprel 2020, 17:50 14 gün qaldı - Türkiyəli professordan PEYVƏND MÜJDƏSİ 9 Aprel 2020, 17:44 Azərbaycanın bu bölgəsində daha 2 nəfər koronavirusa YOLUXDU 9 Aprel 2020, 17:38 Qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib 9 Aprel 2020, 17:32 Koronavirus dünyanın “ən təhlükəli nöqtəsi”nə SÜLH GƏTİRDİ 9 Aprel 2020, 17:26 Yeni deputat Məşhur Məmmədov Baş Nazirə müraciət etdi 9 Aprel 2020, 17:20 Maliyyə Nazirliyi birdəfəlik ödəmə ilə bağlı ödənişlərin ilk tranşını köçürdu 9 Aprel 2020, 17:17 Koronavirusla mübarizə üçün daha 97 milyon manat ayrıldı - SƏRƏNCAM 9 Aprel 2020, 17:13 DYP etibarnamə ilə bağlı məlumat yaydı 9 Aprel 2020, 17:09