Arxiv
3 Yanvar 2019, 18:09 | AKTUAL
İlham Əliyev Azərbaycan pravoslavların təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. 

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

Sizi – Azərbaycanın bütün pravoslav xristianlarını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikası yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi cəmiyyətə malikdir.

Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşadığı Azərbaycanda pravoslavlıq say etibarilə ən böyük xristian konfessiyasıdır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində fəal iştirak edir, dinlərarası əməkdaşlıq və etimad mühitinin inkişafına öz layiqli töhfələrini verir. İnanıram ki, pravoslav xristian icması bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə əlindən gələni əsirgəməyəcəkdir.

Əziz həmvətənlər!

Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid tabor komandirinin xatirəsi yad edildi - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05 Reza Deqati fəxri diplomla təltif olundu 23 Sentyabr 2021, 17:00
SORĞU Hansı vaksinə etibar edirsiniz?