Modern.az

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub  

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub   

18 Yanvar 2019, 12:05

Ötən gün Səhiyyə Nazirliyinin “103” Təcili Təxirəsalnmaz Tibbi Yardım Xidmətinə 1900 müraciət daxil olub.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

S.Əhmədova qeyd edib ki, müraciət edənlərdən 160 nəfəri qospitalizə olunub:

“Ümumilikdə müraciətlərin sayında artım yoxdur. Adətən gün ərzində təcili tibbi yardıma 2000- 2200 müraciət daxil olur. Müraciətlər əsasən, yüksək qan təzyiqi, hərarət və digər xəstəliklərlə bağlı olub”.

Nazirlik rəsmisinin sözlərinə görə, bu günə kimi ən çox müraciət yeni il ərəfəsində qeydə alınıb ki, bu da 2400 nəfər olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı