Arxiv
19 Yanvar 2019, 09:03 | DİASPOR
ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

ABŞ-da insan hüquqları çox önəmlidir. Məsələn, burada ingilis dilini bilməyən əcnəbilərə sürücülük vəsiqəsi alarkən imtahanı rahat verməsi üçün və ya məhkəmə proseslərində rahat danışmaqdan ötrü tərcüməçinin xidmətindən istifadə etmək hüququ verilib. Bu işi həm dövlət tərəfindən dəvət olunan və həm də müqavilə ilə çalışan tərcüməçi icra edə bilər...

Cəmilə Məmmədova 14 ildir ki, ABŞ-ın Kaliforniya ştatında məhkəmə tərcüməçisi işləyir. Bunun üçün onun Kaliforniya Məhkəmələr Şurasından rəsmi icazəsi var...

...Xarici dil bilənlər yəqin ki, sözlərimi təsdiq edərlər. İki nəfər arasında danışığı tərcümə etmək çox çətindir. Tərcüməçidən tərcümə etdiyi insanın danışarkən hansı hissləri keçirdiyini, sözləri hansı tərzdə söylədiyini də olduğu kimi çatdırmaq tələb olunur...

…Atası Vaqif Məmmədov uzun illər Bakı şəhər Baş Yanğından Mühafizə İdarəsində rəis müavini işləyib. Təqaüddə olan daxili işlər polkovnikidir. Anası Sənəm xanım İslamova 35 il orta məktəbdə ingilis dili fənnindən dərs verib. Qardaşı baş leytinant Rəsul Məmmədov isə şəhid olub, şəhid bacısıdır...

O, əslən Xızı rayonunun Əmbizlər kəndindəndir, Bakı şəhərində dünyaya gəlib. 1994-cü ildə 29 saylı orta məktəbi bitirib. Elə həmin il Xəzər Universitetinin hazırlıq kurslarına qəbul olunub. Bir il sonra tələbə adını qazanaraq təhsilini davam etdirib. 2000-ci ildə beynəlxalq əlaqələr, 2001-ci ildə isə həmin universitetin hüquqşünas ixtisaslarına yiyələnib. Universitetdə oxuduğu vaxtlar əmək fəaliyyətinə başlayıb. 1997-1999-ci illərdə BP şirkətinin inzibati binasında rabitəçi kimi çalışıb. 1999-2002-ci illərdə Amerika Hüquqşünaslar Asossasiyasının Bakı ofisində icraçı menecer olub. 2002-ci idən ABŞ-a gələnədək Qaradağ Sement Açıq Səhmdar Cəmiyyətində hüquq məsləhətçisi vəzifəsində işləyib... 

2003-cü ildən ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yaşayır. Burada o, San Dieqo Universitetində iki il təhsil alaraq hüquqşünas ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Kaliforniya Məhkəmələr Şürasında test imtahanlarından uğur qazanaraq, and içmə mərasimini keçib, tərcüməçi kimi işə düzəlib. O, burada rus, azərbaycan, türk dilli ittiham olunan insanların ifadələrini, sənədlərini düzgün tərcümə edir. Eyni zamanda Federal Mühacirət Məhkəməsində çalışır. Son 3 ildir ki, xüsusi təhsil məktəblərində könüllü olaraq hiperaktiv şagirdlərin hüquqları üzrə müşavir kimi fəaliyyət göstərir…

2006-cı ildə genetika üzrə proqramist alim (PhD), əslən İngiltərədən olan doktor Qay Del Mistro ilə ailə qurublar. İki övladları dünyaya gəlib. Hər ikisi azərbaycan dilində sərbəst danışa bilir. Həyat yoldaşı Qay Del Mistro isə azdan-çoxdan fikirlərini azərbaycanca ifadə etməyi bacarır…

Bir neçə il əvvəl Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə San Dieqo Balet Teatrının "Grossmont" simfonik orkestrilə birlikdə hazırladığı "Yeddi gözəl" baletinin səhnələşdirilməsinə maddi dəstək kompaniyasının fəal üzvlərindən biri olub. "Grossmont" simfonik orkestrinin heyətinə Azərbaycan himninin düzgün tələfüsünü öyrədib…

...Arzusu, vəkil olmaqdır. Bunun üçün imtahanlara ciddi hazırlaşır. İstəyir ki, vəkil kimi ABŞ-da yaşayan azərbaycanlılara daha çox fayda versin, onların hüquqlarının qorunmasında yaxından iştirak etsin…
Deyir ki,- "Mən istəyirəm, azərbaycanlılar yumruq kimi bir olsunlar, hamı bir-birinə sevgi ilə yanaşsın. Biz birləşsək daha güclü olarıq və daha çox uğurlara imza ata bilərik"…

…Bəli, əzmkarlığı, işgüzarlığı, savadı ilə fərqlənən bu xanımın daha böyük uğurlar qazanacağına inanırıq. 
Zaman gələcək ki, Cəmilə Məmmədova imzasını bütün ABŞ məhkəmələri məğlubedilməz bir vəkil kimi tanıyacaqlar…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55