Modern.az

81 yaşınız mübarək, Kamil Cəlilov!  

81 yaşınız mübarək, Kamil Cəlilov!   

Aktual

28 Yanvar 2019, 09:31

Deyir ki "Məni artıq unudublar, yanvardan-yanvara yada düşürəm. Hər il bu ayın 20-də mənim ifamı efirə buraxırlar"...

Bəlkə də haqlıdır, amma nə qədər ki, qaboy musiqi aləti var, hər dəfə bu alətdən söhbət düşəndə, onun sədası gələndə Kamil Cəlilov da yada düşəcək…

O, 1938-ci ildə Buzovna kəndində dünyaya gəlib. Orta təhsilini Bakıdakı 176 nömrəli məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 
2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub…

Onun sənət yaradıcılığı rəngarəngdir. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Qaboyda bir sıra islahatlar aparması və melodiya yaratmaq məharəti xüsusi qeyd edilməlidir. Onun bir sıra melodiyaları – “Çahargah” və “Segah” rəngləri, eləcə də nəticəsinə bəstələdiyi “Nuranım” adlı musiqisi var. 

İfa etdiyi “Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Humayun” muğamlarının sədası hələ də qulaqlarımızdadır...

Onun balabanla ifa etdiyi muğam kompozisiyası "Voyager qızıl plastinkası"na daxil edilib…

Yanvarın 29-da əcnəbi qaboyu azərbaycanlaşdıra bilən ağsaqqal sənətkarın 81 yaşı tamam olur.

Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı