Arxiv
6 Fervral 2019, 11:15 | ƏDƏBİYYAT
Rəsulzadənin silahdaşının məzarı tapıldı- FOTOLAR  

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat Partiyasının qurucularından Abbasqulu Kazımzadənin məzarı tapılıb.

 

Modern.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Dilqəm Əhməd məlumat verib.

D.Əhməd bildirib ki, məzar yerini internet üzərindən tapıb: “Professor Ədalət Tahirzadə bu məzarı tapmağımı istəmişdi. Mən də neçə müddətdir axtarırdım. Ankarada çap olunan “Azərbaycan” jurnalında məzarın bu şəhərdə olduğu qeyd olunmuşdu. Amma məzarlığın adı qeyd olunmamışdı. Mən indiyə qədər Abbasqulu Kazımzadə ad-soyadı ilə axtarırdım, amma daha sonra Türkiyədə qəbul etdiyi soyadla axtarmağın daha doğru olacağını başa düşdüm. Ankara bələdiyyəsinin saytında məzarlıqlarla bağlı bölüm var, orada Abbas İldeniz yazdıqda bu adda məzarın olduğu çıxdı. Ölüm tarixi və ata adı da uyğun gəldiyinə görə əmin oldum ki, məzar Abbasqulu Kazımzadəyə aiddir. Bu məqsədlə Ankaraya yola düşdüm. Bu gün Əsri məzarlığına gedərək məzarı tapdım”.

D.Əhməd deyib ki, məzar baxımsız haldadır: “Mən Bakıda Abbasqulu Kazımzadənin nəvəsi Nərminə xanımla da görüşmüşdüm. O, mənə demişdi ki, anamın ən böyük arzusu atasının məzarını ziyarət etmək olub. Təəssüf ki, qismət olmayıb. Məzarlıq uzun zamandır ziyarət olunmadığına görə baxımsız halda qalıb. Üzərindəki yazılar çətinliklə oxunur. Biz bu bu şəkildə oxuya bildik: Abbasqulu Kazımzadə İldəniz. Milli Azərbaycan Cümhuriyyəti məbuslarından”.

Abbasqulu Kazımzadənin fəaliyyətinə gəldikdə isə, D.Əhməd bunları söyləyib: “Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində doğulub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü rus-türk məktəbində oxuyub. 1904-cü ildə çar hökuməti tərəfindən həbs edilib. Bu dövrlərdə onun indiki İstiqlaliyyət küçəsində, Sabirin heykəlinin qarşı tərəfində kitab-dəftər mağazası vardı. Bu mağaza həm də gizli yığıncaq yeri idi. 1911-ci il mayın 15-də Abbasqulu bəy pantürkist ideyaları yaymaqda təqsirləndirilərək yenidən tutulub, həmin ilin iyulun 14-də azad edilib. 1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə Müsavatı Partiyasını yaradıblar. Cümhuriyyət dönəmində, 1918-ci il oktyabrın 7-də Bakı qubernatoru müavininin icazəsi ilə Kazımzadənin rəhbərliyi altında “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılıb. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti formalaşdıqdan sonra o, Bakıdan millət vəkili seçilib. Cümhuriyyətin işğalından sonra mühacirətə gedib, İstanbulda dolanışıq üçün yenidən dəftərxana mağazası açıb. Bir müddət Polşada yaşayıb. Ölənədək Məhəmməd Əmin Rəsulzadənin ən sadiq silahdaşı olub. 1947-ci ildə Ankarada vəfat edib”.

Abbasqulu Kazımzadənin Rəsulzadə ilə birlikdə çəkilən fotoşəkillərini və məzarının görüntülərini təqdim edirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40 Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı - CÜTLƏR 22 Noyabr 2019, 15:26 100 yaşlı kollec 22 Noyabr 2019, 14:57 “Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA 22 Noyabr 2019, 14:50 Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ 22 Noyabr 2019, 14:49 Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib   22 Noyabr 2019, 14:35 Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək 22 Noyabr 2019, 14:35 Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi 22 Noyabr 2019, 14:31 Pərvin Kərimzadə xankəndlilərlə görüşüb - FOTO 22 Noyabr 2019, 14:28 Mikayıl Cabbarov: Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatırıb” 22 Noyabr 2019, 14:13 Bakıda ERMƏNI DİLİ kursları açılır 22 Noyabr 2019, 14:04 Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB 22 Noyabr 2019, 13:49 8 baş inəyi oğurlayan dəstə TUTULDU 22 Noyabr 2019, 13:45 Araz Əlizadə onu söyənləri parlamentə çağırdı - VİDEO 22 Noyabr 2019, 13:41 Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı 22 Noyabr 2019, 13:40 Biləsuvarda dəhşətli QƏZA: sürücü maşında yandı - VİDEO 22 Noyabr 2019, 13:36 Soyğunçu dəstə Bakıda adam qaçırdı 22 Noyabr 2019, 13:35 Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq 22 Noyabr 2019, 13:33 Novruz Məmmədov yeni vəzifəsində tədbirə qatıldı - FOTO 22 Noyabr 2019, 13:16 Komitə sədri arvadının Elçin Əlibəylini döyməsi xəbərindən danışdı: “Ciddi psixoloji problemlər var” 22 Noyabr 2019, 13:10 Türkiyə beynəlxalq miqyaslı təhlükəli terrorçunu saxladı 22 Noyabr 2019, 13:04 Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib 22 Noyabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 22 Noyabr 2019, 13:02 İlham Əliyev fenomeni 22 Noyabr 2019, 12:58 Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ 22 Noyabr 2019, 12:57 Dövlət Agentliyi Prezidentin göstərişindən nəticə çıxardı 22 Noyabr 2019, 12:48 Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR 22 Noyabr 2019, 12:40 Hicran Hüseynova ağsaqqalları QINADI: “Elçiliyə gedirlər, ancaq boşanma zamanı hamı qaçır bir tərəfə” 22 Noyabr 2019, 12:28 Zəhərlənib ölən tələbənin FOTOSU 22 Noyabr 2019, 12:24