Arxiv
8 Fevral 2019, 16:46 | AKTUAL
Ədliyyə Nazirliyi tələbələrə çağırış etdi

Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir.

 

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc hüquqşünas qulluğa qəbul olunub, onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu məsul vəzifələrə irəli çəkilib.

 

Ümumilikdə, ədliyyə sistemində çalışan işçilərin təxminən 40 faizini gənclər təşkil edir.

Hazırda qulluğa qəbulla bağlı müsabiqədə uğur qazanaraq Ədliyyə Akademiyasında keçirilmiş icbari təlimin nəticələri üzrə peşə fəaliyyətinə buraxılmış, əksəriyyəti gənclər olan daha 80-ə yaxın hüquqşünasın təyinatı məsələsinə baxılır.

 

Eyni zamanda, ötən ilin sonunda nazirlik tərəfindən elan olunmuş növbəti açıq müsabiqədə iştirak etmək üçün 350-ə yaxın hüquqşünas ərizə ilə müraciət edib və onlarla test imtahanı keçiriləcək.

Həmçinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən könüllülər institutunun genişləndirilməsinə, gənclərə peşə vərdişləri aşılanmasına, onların ədliyyə sistemində təcrübə keçmələrinə daim diqqət yetirilərək Nazirliyin Kollegiyası tərəfindən 2016-cı ilin oktyabr ayında "Ədliyyə orqanlarında könüllülər institutunun təşviqi üzrə əlavə tədbirlər barədə" xüsusi qərar qəbul edilib.

 

Bununla əlaqədar ölkəmizin müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub, gənclərlə çoxsaylı görüşlər keçirilərək 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər təşkil olunub.

Könüllülük institutunun təşviqi gənclərdə ədliyyə fəaliyyəti ilə tanışlıq, bu sahələrdə işləməyə həvəsin artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, məşğulluğunun təmin olunmasına şəraitin yaradılması, eləcə də kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır.

Hazırda bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə Nazirliyə müraciət etmək imkanı yaradılır.

 

Nazirlik bildirib ki,bununla əlaqədar hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilir.

 

Müraciətləri [email protected] elektron ünvanı vasitəsilə və ya Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür.

 

Əlavə məlumatları Nazirliyin internet səhifəsindən (www.justice.gov.az) və (012) 537-05-90, 537-04-87 nömrəli telefonlar vasitəsilə almaq olar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rayonlara gediş-gəliş, toy-yas qadağası avquatun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55