Modern.az

Penitensiar Xidmət: “Taleh Bağırov aclıq aksiyası keçirmir”

Penitensiar Xidmət: “Taleh Bağırov aclıq aksiyası keçirmir”

8 Fevral 2019, 20:02

“Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, normal qaydada qidalanır". Modern.az xəbər verir ki, bunu "Report"a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

 

Xidmət rəsmisi vurğulayıb ki, T.Bağırova qarşı heç bir qərəzli münasibət göstərilmir və o, digər məhbuslar kimi, adi qaydada cəzasını çəkməkdə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?