Arxiv
10 Fevral 2019, 14:06 | ƏDƏBİYYAT
İspanaq

Tural Turan

 (esse)

 

O hadisədən sonra Avdı baba ilə bir də qarşılaşmadıq. Amma hər gün yolum onun dükanının qarşısından keçirdi. O gün eşitdim ki, Avdı kişi rəhmətə gedib.

Atam Moskvada idi. İşləyirdi. Mən də üçüncü sinifdə oxuyurdum. Hardasa, 1998-ci ilin söhbətidir. Neçə gün idi ki, evimizdə pul qurtarmışdı. Atamın göndərdiyi pul da gəlib çıxmaq bilmirdi. Yalan olmasın, bəlkə də bir həftə idi ki, evimizdə eyni cür yemək bişirdi; ispanaq sıxması. Artıq yeməkdən də bezmişdik. Anam pencərdən bezdiyimizi görüb hər gün bu yeməyin bir başqa formasını bişirirdi ki, ağız dadımız dəyişsin.

O vaxt şənbə günləri də dərs olurdu. İndiki kimi yadımdadır. İkicə dərsimiz vardı. "Ana dili" və “Oxu”. Birinci saat "Ana dili" dərsi idi. "Ana dili dəftəri"m dolmuşdu. Allahdan axırıncı vərəqinə ev tapşırığımı yaza bilmişdim. Müəllimim təzə dərsə başlayanda dedi ki, sən niyə yazmırsan? Qayıtdım ki, dəftərim dolub:

-Qaç dükandan dəftər al gəl...

Yerimdən tərpənmədim. Üstümə təbaşir atdı. Əsəbləşmişdi. Tez sinifdən çıxdım. Gözlərim dolmuşdu. Cibimdə pul yox idi. Evə getsəydim, əliboş qayıdacaqdım. Məcbur qalıb yaxınlıqdakı dükana getdim. Baxdım ki, dükan sahibinin başı qonşusu ilə söhbətə qarışıb. Bir 40 vərəqli dəftər götürüb qaçdım. Məktəbə sarı üz qoydum. Yenicə dabanıma tüpürüb yellənmişdim ki, dükançı Avdı kişi arxamca yüyürdü. Heyva ağacından yontaladığı koxanı arxamca salaveylədi.

Düz məktəbin qapısına kimi dalımca düşdü. İncəvara arındanmı, kişiliyinə sığışdırmadığındanmı məktəb qapısından içəri addım atmadı. Təngnəfəs sinifə girdim. Tövşəyə-tövşəyə yerimə keçdim. Üzüm od tutub yanırdı. Boynumdan üzü aşağı tər puçurları parıldamağa başlamışdı.

Dəftəri açanda gördüm ki, “kərpiclidir”. Yəni, hesab dəftəridir. "Ana dili" üçün nəzərdə tutulanlardan deyil. Qanım qaraldı. Müəllimə dedim ki, “Ana dili dəftəri” olmadı. Müvəqqəti buna yaza bilərəmmi? Qayıtdı ki, parta yoldaşından  bir qaralama dəftər varağı al, ona yaz. Bu dəftəri də riyaziyyat dərsində istifadə edərsən. Lap dilxor oldum...

Uşaqlar sinifdən çıxdı. Mən məktəbin arxasındakı moruq kolluğuna sarı qaçdım. Pis iş tutduğum üçün hava qaralana qədər oradan çıxmadım. Axşam düşdü, Avdı kişi dükanı bağlayıb, işığını söndürdü. Ondan sonra başımı aşağı salıb, ürkək addımlarla evə getdim. Anam niyə gec gəldiyimi soruşdu. Məşğələdə olduğumu söylədim... İnandırmaq üçün hətta çoxdandır üzünə həsrət qaldığım atamın canına and içdim.

Gecə yata bilmədim. Avdı kişinin topuğuma dəyən koxasının yeri ağrıdırdı. Elədiyim hərəkətin utancı yadıma düşəndə isə ağrı kəsirdi. Səhər açılan kimi gedib məhələdən bir qucaq ispanaq yığdım. İspanağı görünməz sellofan torbağa büküb Avdı kişinin dükanının qapısının ağzına qoydum. Üzərinə isə bir kağıza dörd cümləlik məktub yazıb yapışdırmışdım: “Avdı baba, mənəm, Mətləbin oğlu. Dünən dükanınızdan dəftəri mən oğurlamışdım. Evimizdə pul yox idi, əvəzinə ispanaq gətirmişəm... Atam gələndə pul gətirəcəyəm, “riyaziyyat”ı “ana dili” ilə dəyişərsiniz...”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın HAVA PROQNOZU 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdəki qəza ilə bağlı cinayət işi başlandı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46