Arxiv
14 Fevral 2019, 11:43 | DİASPOR
Amerikanın azərbaycanlı rəssamı  

Əbu Turxanın gözəl bir deyimi var: - "Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır". Həmin parıltını onda da gördüm. Elə bir böyük xeyirxahlıq edib ki, bu xanım barəsində sevə-sevə danışmaq istəyirəm…

…Cəmilə adlı bir ürək dostu olub. Ailəsi dağılandan bir neçə vaxt sonra qəflətən vəfat edib. Mərcan adlı bir qızı qalıb. O, on beş yaşlı bu qızcığazı övladlığa götürərək Amerikaya gətirib. On ildir ki, ona analıq edir, öz doğma balası kimi nəvazişini çəkir, ali təhsil verib…

Haqqında söhbət açdığım Nərmin Sadıqova-Backus Bakıda dünyaya gəlib. 1992-ci ildə 189 nömrəli orta məktəbi bitirərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. 1998-ci ilədək bu elm ocağında geyim üzrə layihəçi rəssam ixtisasına yiyələnib. 1996-1998-ci illərdə tələbə ikən "Şəms" jurnalında stilistika departamentinə rəhbərlik edib və az müddət "Edelweiss" jurnalında da çalışıb. Sonra bir il "Wormald" neft və qaz şirkətində tərcüməçi işləyib. Orada çalışarkən amerikalı Ken Backusla tanış olub, ailə qurublar. 2001-ci ildən ABŞ-da yaşayır.

Əvvəlcə Ohayo ştatında yaşasalar da, 2005-ci ildən Texas ştatının Hyuston şəhərində məskunlaşıblar. Nərmin xanım burada "Hyuston müəllimləri" bir illik kursunu müvəfəqiyyətlə başa vuraraq, müəllimlik sertifikatı alıb. On bir il müxtəlif özəl məktəblərdə incəsənət və rəsm fənnini tədris edib. 2017-ci iildən "Global Hard Media" təşkilatının peyk və internet vasitəsi ilə yayımladığı televiziyasında, ildə iki-üç dəfə Azərbaycan dilində efirə gedən "Şirin söhbət" adlı verilişdə aparıcılıq edir…


Deyir ki, "Ömür-gün yoldaşım Ken Azərbaycanı çox sevir. Oranın tarixi və mədəniyyəti ilə yaxından tanışdır. Müsbət keyfiyyətləri çoxdur. Bakıda, eyni şirkətdə işləyərkən öz davranışı, alicənablığı ilə hamını heyran qoymuşdu. Üzündən təbəssüm heç vaxt əskik olmurdu. Sevinc dolu həyat yaşayırdı. Bir dəfə ondan soruşdum ki, axı bunun səbəbi nədir? O isə mənə cavabında - "Allahı sevirəm. Mənə güc və ümid verən imanımdır."- söylədi. On səkkiz ildir evliyik, ilk dəfə necə görmüşəmsə, elə də yaşayır"…

…Ken Backusun əvvəlki nikahdan Reyçel və Sara adlı iki qızı var. Mərcanla birlikdə ailədə üç qız uşağı böyüyüb…

Çox bacarıqlı və istedadlı xanımdır. Yağlı, akril, pastel boyaları ilə gözəl rəsmlər çəkir. Daha çox ipək üzərində işləyir. İpəkdən kəlağayıya bənzər şərflər hazırlayır, rəsmlər çəkir. Əsərləri Hyustonda bir sıra sərgilərdə nümayiş etdirilib. Sonuncu dəfə Bakıda, müəllimi əməkdar incəsənət xadimi, professor Arif Əzizin 75 illiyinə həsr olunan sərgidə, tələbələrinin əl işləri arasında onun da əsərləri sərgilənib. "Facebook"da "Narmin Art Studio" adlı səhifəsi də var…

…Milli kimliyini unutmayıb. Tez-tez İradə xanım Axundovanın rəhbərlik etdiyi "Bakı Hyuston Qardaşlıq Şəhərləri Assosasiya"sının təşkil etdiyi milli və rəsmi bayramlara həsr olunan tədbirlərində yaxından iştirak edir. Bundan əlavə, Hyuston şəhərində ildə bir dəfə keçirilən müxtəlif xalqların mədəniyyətini təqdim edən festivalda, Azərbaycana ayrılmış yerdə qurulan çadırda ölkəmizi təmsil edir. Azərbaycan musiqisi sədaları altında öz əsərləri ilə bərabər, dövlət simvollarlarımızı, vətənimizi tərənnüm edən bir sıra kitab və əşyaları sərgiləyir…

Bəli, insan daxilən gözəldirsə əməlləri də gözəl olur. Və hər kəs bu dünyanı nə vaxtsa tərk edəcək. Xoşbəxt o insandır ki, gedəndə özüylə xoş əməllər apara bilir…
Bilmirəm, onu sizə sevdirə bildimmi?..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54