Modern.az

Vüsalə Mahirqızı yeni AGENTLİK açır  

Vüsalə Mahirqızı yeni AGENTLİK açır   

14 Fevral 2019, 20:14

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.
 

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.


Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.


Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.


Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.


Yeni agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilsə də, dəqiq tarix barədə məlumat yoxdur.


Həmkarlarımızı təbrik edirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi