Arxiv
22 Fevral 2019, 10:33 | DİASPOR
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...

Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat deyil, 24 yaşında Amerika kimi nəhəng bir dövlətə gələsən və çox qısa zamanda uğur qazana biləsən. Əvvəlcə elə düşündüm ki, hansısa super imkanlı ailənin övladıdır. Kimliyinə bələd olsuqca gördüm ki, sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası Sadiq İbrahimov Şuşa Musiqi Kollecində müəllim işləyir…

Deyir ki,- "Mən Amerikaya təzə gələndə Vaşinqton hava limanında təsadüfən bir yaşlı amerikalı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bir neçə məsləhət verdi. Onlardan biri bu idi: - Amerika elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bir də addım-addım getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə, ancaq təslim olma"…

Haqqında söhbət açdığım Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 2002-ci ildə orta təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumunda, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə yüksəlib. (MBA)…

2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilend və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. 200-ə yaxın işçisi var...

…İki qızı var. Böyük qızı Fatimə 8, ikinci qızı Selin isə 5 yaşındadır…

…On ilə yaxındır ki, idmanın taekvando növü ilə məşğul olur. Qış aylarında xizəksürmə idman növünə xüsusi üstünlük verir. Asudə vaxtlarında musiqi dinləməyi, mütaliəni çox xoşlayır…

Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var: Əgər Azərbaycandakı həyat tərzini burada da davam etdirmək niyyətindədilərsə, gəlməsinlər. İnsan yüksək bir dağ zirvəsinə qalxmamışdan əvvəl özünü necə səfərbər edirsə, gələrkən burada qarşılaşa biləcəkləri bütün çətinliklərə hazır olmalıdırlar"…

…Bir neçə mükafata layiq görülüb. Sonuncu dəfə təltif olunduğu "BHS" araşdırmalar təşkilatının- "Ölkələrarası ən yaxşı iş adamı"- mükafatıdır…

Arzuları çoxdur. İstəyir ki, şirkəti ABŞ-ın bütün ştatlarını əhatə etsin, onun Azərbaycanda filiallarını açsın, ölkəmizin iqtisadiyyatına töhfələr versin…

…Şuşanı tez-tez xatırlayır. Ən çox da Cıdır düzünü, bazarın ətrafı yadına düşür. Hər il iki-üç dəfə vətəni ziyarət etməsə özünü pis hiss etdiyini, ciddi narahat olduğunu söyləyir…

Azərbaycan səfirliyinin həyata keçirdiyi bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bu gənc soydaşımızdan ayrılarkən, dilimdən bu kəlmələr qopdu:- Allah yolunu açıq etsin, qardaşım!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54