Modern.az

Mehman Hüseynov azadlığa buraxıldı

Mehman Hüseynov azadlığa buraxıldı

2 Mart 2019, 11:42

Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa buraxılıb.

Modern.az-ın məlumatına görə, onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb. 

Bloqqer saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. 

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir