Arxiv
2 mart 2019, 16:19 | ƏDƏBİYYAT
“Yazıçıların mənzil məsələsi həll ediləcək” - Anar

“İstərdim ki, Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarı da səliqəyə salınsın və Bakıda heykəli ucalsın”.

 

Modern.az xəbər verir ki, bu sözləri Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib:

 

“Siz bu ili Nəsiminin yubileyi ilə bağlı olaraq “Nəsimi ili” elan etmisiniz. Bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında Sizin sərəncamlarınız var. Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar.

 

Dekabrda Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək.

 

Daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Mən bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq.

 

Bir təklifimi də vermək istərdim. Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər.

 

Mənim bir neçə təklifim də var. İstəyirəm onları da bu gün fürsət var ikən Sizə çatdırım. Ədəbiyyatımızın xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür. Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik.

 

Nəhayət, son təklifim odur ki, mən çox istərdim heç olmasa ildə bir dəfə Sizinlə bu formatda görüşək. Bir də əgər mümkündürsə, Mehriban xanımın yanında ziyalıların məşvərət şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək. Mən bu təkliflərimi yazılı şəkildə Sizə təqdim edirəm, bir hissəsi həyata keçsə, çox şad olaram, hamısı keçsə isə daha da şad olaram. Çox sağ olun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah 37 dərəcə isti olacaq   1 İyun 2020, 13:34 Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək 1 İyun 2020, 13:30 DMX ölkədə olma müddəti bitən əcnəbilərə müraciət etdi 1 İyun 2020, 13:28 Siyavuş Novruzov nöqtəni qoydu: “Maska tax, cərimə olunma” 1 İyun 2020, 13:24 Maska taxmamağa görə cərimələr müəyyənləşdi - MƏBLƏĞ 1 İyun 2020, 13:23 Maskasızların cərimə məbləği 20-25 manata endirilməlidir - Musa Quliyev 1 İyun 2020, 13:19 İnsan orqanlarının transplantasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq 1 İyun 2020, 13:15 2020-ci ildə MDB-nin ən dözümlü və zəif valyutaları... 1 İyun 2020, 13:14 Naqif Həmzəyev: Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər 1 İyun 2020, 13:12 “Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin” - Aqil Abbas 1 İyun 2020, 13:10 “Yas mərasimləri ilə bağlı qadağalara əməl olunmur”   1 İyun 2020, 13:06 Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait məbləği AÇIQLANDI 1 İyun 2020, 13:06 Deputatdan maska cərimələrinə ETİRAZ 1 İyun 2020, 13:02 Prokurorluq Sabunçudakı qətllə bağlı məlumat YAYDI 1 İyun 2020, 13:01 Məqsəd vətəndaşları cərimələmək yox, onları qorumaqdır - Əli Hüseynli 1 İyun 2020, 12:59 Axtarışda olan məmurun işi məhkəməyə GÖNDƏRİLDİ 1 İyun 2020, 12:58 İlham Əliyev videokonfransa qatıldı - Fotolar 1 İyun 2020, 12:52 Adil Əliyev həmkarlarını qınadı: “Onlar susublar deyə...” 1 İyun 2020, 12:50 Azərbaycanda 15 ağır koronavirus xəstəsinə plazma köçürüldü - RƏSMİ 1 İyun 2020, 12:50 İyun ayının hava PROQNOZU 1 İyun 2020, 12:46 Deputat Baş Prokurorluğun biganəliyindən DANIŞDI 1 İyun 2020, 12:44 Bu Avropa ölkəsində 3 azərbaycanlı koronavirusa YOLUXDU 1 İyun 2020, 12:42 Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır - Nazirlik 1 İyun 2020, 12:36 Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI 1 İyun 2020, 12:31 Deputat hökümətdən xahiş etdi -  “Bu məsələyə diqqət ayırın” 1 İyun 2020, 12:27 “Cümhuriyyətin varisi bizik” - Siyavuş Novruzov 1 İyun 2020, 12:27 Naxçıvana müasir silahların yerləşdirilməsi ilə Prezidentin son İrəvan çıxışı arasında hansı bağlılıq var? 1 İyun 2020, 12:23 UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq 1 İyun 2020, 12:20 Şagirdi az olan məktəblərdə imtahan keçirilməyəcək 1 İyun 2020, 12:15 Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTO 1 İyun 2020, 12:13 Milli Məclis tarixində bir İLK OLDU 1 İyun 2020, 12:11 “Keçid balları aşağı salınacaq?” - RƏSMİ CAVAB  1 İyun 2020, 12:07 “Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var” 1 İyun 2020, 12:06 Dövlət qurumlarına deputatlardan ibarət nəzarət mexanizmi yaradılsın - Razi Nurullayev 1 İyun 2020, 11:56 Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 1 İyun 2020, 11:55