Arxiv
11 mart 2019, 11:46 | AKTUAL
Sosial şəbəkələrdəki iş elanlarına aldanmayın! - XƏBƏRDARLIQ  

Son zamanlar sosial şəbəkələrdə iş elanlarının çox yayıldığını, bunun üçün xüsusi platformaların yaradıldığını müşahidə edirik. İndiyə qədər adət etdiyimiz ictimai yerlərdə, küçə və prospektlərdə reklam lövhələrinə, divarlara, dayanacaqlara yapışdırılan elanlar artıq elektron mediaya keçib. Bəs görəsən, əksəriyyətin işsizlikdən şikayətləndiyi dövrdə addımbaşı rastlaşdığımız iş elanlarına etibar etmək olarmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, sosial şəbəkələrdə, küçə və prospektlərdə rastlaşdığımız iş elanlarında iki məqamla bağlı aldadılmaq ola bilər:

“Birincisi dələduzluq, ikincisi isə insan alverinə, məcburi əməyə cəlbetmə kimi ağır məsələlər ola bilir. Birinci halda, dələduzluqla məşğul olan şəxslər şəhərin müxtəlif yerlərində otaq götürür, ofis adı ilə işlədir. Müxtəlif hissələrə elanlar vururlar, çarəsiz insanlar o elanları görüb, zəng edirlər, müraciət edirlər. Həmin işsiz insanlar anket doldururlar, hətta həmin anket üçün 10-20 manat civarında pul da ödəyirlər. Çox da böyük məbləğ olmadığına görə, insanlar aldandığını anlayanda şikayət etmir, bu işdən əl çəkirlər. Amma düşünün ki, bu kiçik məbləğləri gün ərzində, ay ərzində müraciət edən insanlardan toplayan həmin dələduzlar böyük məbləğlərlə pul qazanırlar.

Kütləvi şikayət olarsa, dələduzluqla bağlı həmin şəxslərə cinayət açıla bilər. Tək-tək müraciət etdikdə isə ərizə yazılması, sorğu-sual, get-gələ düşməsi həmin şəxslərin bir qədər də əziyyət çəkməsinə səbəb olar”.


S. Məmmədov xüsusi vurğulayıb ki, xaricdə iş təklifi ilə bağlı elanlara daha ehiyatlı yanaşmaq lazımdır:

“Baxırsan ki, xaricdə iş təklif edirlər. Xarici dil tələbi yox, ali təhsil olmağı vacib deyil, maaş da yüksəkdir. Bu kimi elanlarda insan alveri, məcburi əməyə cəlbetmə halları ilə qarşılaşa bilərsiniz. Maraqlanmaq, etibarlı mənbələrdən məlumat almaq istədikdə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 saylı “qaynar xətt”inə zəng edə bilərlər. Yaxud internetdən Beynəlxalq Miqrasiya Təşkilatlarının ünvanını əlaqə vasitəsini tapmaq olar.  Elanda qeyd edilən işədüzəltmə agentliyinin, yaxud işə götürəcək müəssisənin olub-olmadığını bu yollarla araşdırmaq mümkündür.

İşədüzəltmə kimi məsələlərdən istifadə edib, insanları aldadan qüvvələrlə köklü mübarizə aparmaq asan deyil. İnsanlar maariflənməlidirlər. Məsələn, anlamaq lazımdır ki, heç bir ciddi işədüzəltmə agentliyi anket doldurulmasına görə ödəniş tələb etməz. İnsanlar dələduzu, fırldaqçını ciddi müəssisələrdən ayırd etməyə çalışmalıdırlar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 Azərbaycan meşə yanğınına görə 50 min ABŞ dolları ayırdı 20 Fevral 2020, 21:29 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13