Arxiv
17 mart 2019, 12:43 | PARLAMENT
“Bağışlamaq böyüklükdür!” - Deputatlar Prezidentin əfv sərəncamını DƏYƏRLƏNDİRDİLƏR  

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında dünən imzaladığı sərəncam bu gün icra olunur.
 

Modern.az-ın məlumatına görə, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Artıq bir sıra tanınmış məhkumlar bu gün həbsxanadan evlərinə buraxılıblar.

Milli Məclisin deputatları Modern.az-a əfv sərəncamından danışıblar.

Parlamentin komitə sədri Eldar İbrahimov:

“Həmişə olduğu kimi bu il də Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalandı və 431 məhkum əfv olundu. Ölkə başçısı  rəhm eləməkdə, bu bayram günündə minlərlə ailəni sevindirdi və bir millət vəkili kimi bunu çox yüksək qiymətləndirirəm. Biz artıq bir neçə ildir ki, cənab prezident tərəfindən əhalinin bu cür sevindirməsinin şahidi oluruq. Gunahı olanın günahını bağışlanır. Bunu mən ölkə başçısının böyüklüyü hesab edirəm. Prezident ağsaqqal kimi bu cür vasitələrdən istifadə etməklə əhalini sevindirir”.


Millət vəkili Çingiz Qənizadə:

“Hüquq müdafiəçisi olaraq əfv sərəncamını müsbət dəyərləndirirəm. Buna başqa dəyər də vermək mümkün deyil. Çünki bu humanizm, insanlara sevinc bəxş edən bir addımdır. Təbii ki, bu sərəncam ancaq alqışlanmalıdır. Cənab prezidentin hümanist addımları saysız-hesabsız olub. Biz bunu gözləyirdik. Budəfəki əfv sərəncamı həm kəmiyyət, həm də keyfiyyətcə əvvəlkilərdən xeyli fərqlənir. Qeyd edim ki, Azərbaycanla Avropa Şurası arasında müəyyən problemli məhbuslar anlayışı deyilən ziddiyyətli siyahı mövcüd idi. Bununla bağlı hüquq müdafiəçiləri də müəyyən təşəbbüslər göstəriblər ki, bu məsələ öz həllini tapsın. Amma bəzi hüquq müdafiəçiləri də vardır ki, şişirdilmiş siyahılar hazırlayırdılar.
Hesab edirəm ki, normal fəaliyyət göstərən, bu məsələlərin həll edilməsində maraqlı olan hüquq müdafiəçilərin müraciəti cənab prezident tərəfindən nəzərə alınıb. Bu məsələ müzakirə olunub və sonda xeyli məhkum əfv sərəncamının təsiri altına düşüb. Bu əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olundu. Amma mən hüquq müdafiəçisi olaraq buna başqa cür yanaşmışam, başqa cür dəyərləndirmişəm. Əgər əfv olunan hər bir nəfərin ailə üzvləri, qohum-əqrabalarının ümumilikdə 20-30 nəfər olduğunu nəzərə alsaq, onda ölkə başçısının bu humanist addımının 1000-lərlə insana şamil olduğunu deyə bilərik. O baxımından qeyd edə bilərik ki, cənab prezident Novruz bayramı ərəfəsində minlərlə insanı bir daha sevindirdi. Buna görə mən  prezident İlham Əliyevə təşəkkür edirəm. Eyni zamanda siyasi baxışından, dünyagörüşündən, əqidəsində asılı olmayaraq əfv sərəncamının təsiri altına düşmüş hər bir şəxsi ayrılıqda təbrik edirəm”.

 

Deputat Elçin Quliyev:

“Bağışlamaq böyüklükdür. Bağışlamaq çox yüksək insani keyfiyyətdir ki, onu da Allah hər bir bəndəsinə deyil, sevimli və böyük bəndələrinə bəxş edir. Çünki, Allah özü də bağışlayandır.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ötən  gün imzaladığı əfv sərəncamını ürəyimdən gələn bu səmimi sözlərlə şərh etməyim daha düzgün olar. Hər bir cinayətin səhv addım olduğunu qəbul etsək, deməli bu cinayətə görə cəzanın cəkilməsi də zəruridir.

Ölkə prezidentinin yüksək humanizm və böyüklük nümayiş etdirərək 431 nəfərəşamil edilən əfv sərəncamı imzalaması müqəddəs Novruz bayramı ərəfəsində xalqımıza ən yaxşı bayram hədiyyəsidir. Bu, yüzlərlə ailəyə sevinc payı bəxş edən bir hədiyyədir. 399 nəfərin azadlıqdan mehrumetmə növündə cəzasının çəkilməmiş hissəsinin əfv edilməsi xüsusilə təqdirəlayiqdir. İki nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da cəzasının cəkilməmiş hissəsindən azad edilməsi bu sərəncama daha yüksək humanizm çalarları qatır.

Cənab Prezidentin bu sərəncamı bütün xalqımızı sevindirdiyi kimi, deputatı olduğum Sabirabad camaatını tərəfindən də alqışlanır. Gun ərzində seçicilərimdən aldığım yüzlərlə telefon zəngi də bunu deməyə əsas verir. Seçicilərim cənab prezidentə öz təşəkkür və minnətdarlıqlarını bildirməklə yanaşı, qarşıdan gələn Novruz bayramı münasibətilə onu və ailəsini təbrik edir, ən səmimi bayram arzularını bu böyük insana və ailəsinə ünvanlayırlar”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 Məlahət İbrahimqızı deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20 “Azərişıq”Cənub regionunda yenidənqurma işlərini davam etdirir 20 Sentyabr 2019, 17:16 Özü şəhid oldu, 3 qardaşı veteran - Abdal-Gülablı dağlarında dolaşan ruh 20 Sentyabr 2019, 17:13 Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb 20 Sentyabr 2019, 17:02 Zəhərli maddələri yandıran şəxs cərimələndi 20 Sentyabr 2019, 16:58 Müdafiə NazirliyinKollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırılarını diqqətə çatdırdı 20 Sentyabr 2019, 16:39 BƏƏ-də keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb 20 Sentyabr 2019, 16:23 Azərbaycana qar yağacaq - İstirahət günlərinin HAVASI 20 Sentyabr 2019, 16:18 Beynəlxalq Bankın nümayədələri Bakı Mühəndislər Universitetində 20 Sentyabr 2019, 16:11 Gəncədə həlak olan ikinci polisin də ailəsi Prezidentə ünvanlanmış müraciətə QOŞULDU 20 Sentyabr 2019, 16:08 Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 16:02 Şairlik Yaradandan payıdı Musa Yaqubun 20 Sentyabr 2019, 15:58 Bakının ərəb turistləri - FOTOSESSİYA 20 Sentyabr 2019, 15:55 Deputat vəsiqəsini girov qoymaq hansı məsuliyyəti yaradır? - AÇIQLAMA 20 Sentyabr 2019, 15:47 Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib 20 Sentyabr 2019, 15:30 “Nar”ın baş sponsorluğu ilə intellektual yarış start götürür 20 Sentyabr 2019, 15:24 Nərimanovda narkotacir tutuldu - FOTOLAR 20 Sentyabr 2019, 15:22 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 15:08 Yol polisi Bakıda qayda pozan piyadaları SAXLAYIB 20 Sentyabr 2019, 14:55 Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib 20 Sentyabr 2019, 14:46 YAP Binəqədi Neft Daşlarına ekskursiya təşkil etdi 20 Sentyabr 2019, 14:44 Dəyirmi masada bəyanat qəbul edildi 20 Sentyabr 2019, 14:38 Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz” - MÜSAHİBƏ 20 Sentyabr 2019, 14:37 Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ 20 Sentyabr 2019, 14:27 Bakıda sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyildi - FOTOLAR 20 Sentyabr 2019, 14:14 Nazirlik və komitələrə bu qədər PUL xərclənəcək 20 Sentyabr 2019, 14:09