Arxiv
18 mart 2019, 08:38 | MƏDƏNİYYƏT
Papaq atmaq - Novruz adəti niyə lağa qoyulur? - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI

Bu günlərdə - Novruz bayramı ərəfəsində orta və yaşlı nəslin nümayəndələrindən keçmişdə folklorumuzda yer alan maraqlı adətləri, inancları öyrənirik. Xüsusilə, uşaqlığı Azərbaycanın hansısa rayonunda, kəndində keçən, sonralar Bakıda məskunlaşan insanlar tez-tez deyirlər: biz papaq atmağı şəhərdə görmüşük. Onların dediklərinə görə, son zamanlar geniş yayılan papaqatdı adəti 20-30 il əvvələ qədər mövcud olmayıb. Bunun əvəzində rayon və kəndlərimizdə Novruz bayramı üçün xüsusi tikilən torbaları qonşuların pəncərəsindən, qapısından, bacasından uzadıb, bayram payı istəyiblər. Buna görədir ki, papağı qeyrət, namus simvolu kimi qəbul edən insanlar Novruzda qonşunun evinə papaq atmağı yaxşı qarşılamırlar.

Son günlər sosial şəbəkələrdə bu adət-ənənəni lağa qoyanların, ələ salanların sayı artmaqdadır. Papaqatdı adəti ilə bağlı müzakirələrin qızışdığını nəzərə alan Modern.az-ın əməkdaşı aşağıdakı suala cavab axtarıb:

Novruzda papaq atılmalıdırmı?

Bu barədə Modern.az-a danışan AMEA Folklor institutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoyun fikrincə, papaqatdı yanlış addım deyil:

“Düzdür, həqiqətən də əvvəllər Novruz bayramında xüsusi torbalar tikilər, uşaqlar, cavanlar qonum-qonşunun evinə torba sallayardılar. Amma tək torba deyil, qurşaq da keçmişdə bayram payı yığmaq üçün vasitə olub. O zamanlar gənclər belinə qurşaq bağlayıblar. Ona görə, Novruzda həmin qurşağı uzun bir ağacın ucuna torba şəklində bağlayıb, pəncərələrdən, qapılardan evlərə uzadıblar.

Kənd və rayonlarda yayılan bu adətlər şəhərlərdə fərqli formada təzahür edib. Şəhərdə evlər əsasən çoxmərtəbəli binalar olduğuna görə, evlərə ağaca bağlanmış qurşaq sallamaq çətin olub. Evlərin bacalarından torba atmaq adətləri mümkün olmayıb. Ona görə, cavanlar papaqatdı formasında bu adətləri yerinə yetiriblər. Amma düşünürəm ki, necə formada olur-olsun, keçmişdən qalan adətlərimizin yaşadılması təqdirəlayiq haldır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mətbuat Şurası bəzi KİV-ləri “qara siyahı”dan çıxardı 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44 Malik Həsənovun görüşlərində ağsaqqallar və gənclər fəal iştirak edirlər - FOTO 24 Yanvar 2020, 17:38 Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK! 24 Yanvar 2020, 17:32 Almaniyada kütləvi QƏTLİAM: 6 nəfər öldürüldü 24 Yanvar 2020, 17:30 Yazarlar Anarın namizədliyinə qarşı: “82 yaşında da gözü vəzifədən doymur” 24 Yanvar 2020, 17:24 “Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük DƏSTƏK 24 Yanvar 2020, 17:22 Nazirlikdən ölümcül virusla bağlı XƏBƏRDARLIQ 24 Yanvar 2020, 17:18 Deputatlığa namizəd Gədəbəyin tarixi abidələri ilə bağlı məsələ qaldırdı 24 Yanvar 2020, 17:15 3 nəfəri tok vurdu - cinayət işi açıldı 24 Yanvar 2020, 17:12 Novruz Məmmədov Cavad xanın kötücəsinin də Azərbaycana gəlişinə mane olub - MÜSAHİBƏ 24 Yanvar 2020, 17:06 BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət 24 Yanvar 2020, 17:01 Fəzail Ağamalının çıxışından VİDEO 24 Yanvar 2020, 17:00 Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi 24 Yanvar 2020, 16:57 Körpələri bir-birinə bağlayan tibb bacıları  CƏZALANDIRILDI 24 Yanvar 2020, 16:51 Eyfel qülləsi bağlandı 24 Yanvar 2020, 16:47 Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 16:45 Naftalanda turistlərin rahatlığı üçün daha bir yenilik - FOTOLAR 24 Yanvar 2020, 16:42 SOCAR: Dənizdə təhlükəsizlik rejimi maksimum gücləndirilib 24 Yanvar 2020, 16:30 BAXCP sədri seçicilərlə görüşdü - FOTO 24 Yanvar 2020, 16:25 Ceyhun Bayramov Salyanda şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb - FOTO 24 Yanvar 2020, 16:20 “Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX 24 Yanvar 2020, 16:14 BMU məzunu nüfuzlu Vistula Universitetində! 24 Yanvar 2020, 16:07 Şəkilləri lövhələrdən cırılan, üzünə bığ çəkilən namizədlər - FOTO 24 Yanvar 2020, 16:01 Azər Kərimli 90 yaşlı seçicisini evində ziyarət edib - FOTOLAR 24 Yanvar 2020, 15:56 BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun! 24 Yanvar 2020, 15:50 Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər 24 Yanvar 2020, 15:44 İsraildə erməni keşişlərdən NARAZILIQ: “Bir yəhudi kimi deyirəm, həyasızlıq onların qanındadır” 24 Yanvar 2020, 15:37 Bakı və Moskva arasında əməkdaşlıq protokolu imzalandı 24 Yanvar 2020, 15:30 Sahil Babayev peşəkarları “Yüksəliş”ə dəvət etdi - VİDEO 24 Yanvar 2020, 15:24 Qusarda qarlı hava qəzaya səbəb oldu 24 Yanvar 2020, 15:17 Ziyafət Əsgərovun Astaradakı görüşləri davam edir - FOTO 24 Yanvar 2020, 15:10 Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! 24 Yanvar 2020, 15:04 ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm” 24 Yanvar 2020, 14:58 AzTU-da yeni şöbə müdiri təyin edildi 24 Yanvar 2020, 14:52
SORĞU Yeni parlamentdə kimlər olsun?