Modern.az

"Azərpoçt" bayram günlərində də işləyəcək

Aktual

20 Mart 2019, 00:25

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC martın 20-dən 26-dək bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

“Azərpoçt”dan Modern.az-a verilən məlumata görə, həmçinin, Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 36-da yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19 və A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, həmçinin Cəlilabad şəhəri H.Əliyev prospekti 270, Zaqatala şəhəri H.Əliyev prospekti 36 və Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər daxildir

 

Bayram günlərində bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

 

İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyəti üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi