Modern.az

Sumqayıtda çobanı bu hala saldılar - VİDEO

Sumqayıtda çobanı bu hala saldılar - VİDEO

6 Aprel 2019, 20:19

Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən fərdi təsərrüfatların birində baş verib.

Belə ki, əslən Ağsu rayonunun Bico kəndindən olan 1971-ci il təvəllüdlü Hacıməmmədov Seyran Əlibaba oğlu qəsəbədə çoban işlədiyi fərdi təsərrüfat sahibi Vəli adlı şəxs və oğlu tərəfindən döyülüb. Yaralının sözlərinə görə, səhər saatlarında təsərrüfat sahibi ilə aralarında mübahisə olub. Mübahisə sonda davaya çevrilib. Dava zamanı S.Hacıməmmədov üzündən və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. O, yaxınlıqda yaşayan şəxslər tərəfindən yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sumqayıt şəhər sakini evində işləyərkən xəsarət alıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı