Arxiv
11 Aprel 2019, 08:20 | DİASPOR
Azərbaycanda doğulan cərrah Nyu Yorka niyə köçdü…

Siyasi baxışlar müxtəlif ola bilər, amma Allah bu xalqdan heç nəyi əsirgəməyib. İti zəka, dərin təfəkkür, uzaqgörənlik, müdriklik, mütəşəkkillik bu xalqın alın yazısıdır. Zarafat deyil, yüz iyirmi dörd min peyğəmbərin böyük əksəriyyəti bu xalqın övladı olub. Zaman-zaman çətinliklərlə üzləşsələr də tükənməyiblər, vardırlar, var olacaqlar.

Söhbət Yəhudi xalqından gedir. Bu gün dünyaya səpələnən yəhudilərin arasında bizə doğma olan insanlar da var. Nə vaxtsa Azərbaycana pənah gətirən və əsrlər boyu bizimlə eyni cəmiyyətdə mehriban yaşayan dağ yəhudiləri. Azərbaycan xalqının vəfalı, etibarlı dostları… Bu gün sizə onlardan biri, həkim-cərrah Vadim Naxamiyayevdən danışmaq istəyirəm.

O, 1966-cı ildə Xaçmazda dünyaya gəlib. 1983-cü ildə orta təhsilini bu rayonda başa vurub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb və bir il internatura keçərək cərrah ixtisasına yiyələnib. 1990-1991-ci illərdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında cərrah işləyib. Sonra beş il Mədə-Bağırsaq Cərrahiyəsi elmi tədqiqat institutunda kiçik elmi işçi vəzifəsində çalışıb. Və 1996-cı ildə burada tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1996-1998-ci illərdə Xaçmazda təsərrüfat hesablı cərrahiyə şöbəsi açaraq orada işləyib. 1998-2003-cü illərdə Moskva Dövlət İ.M. Seçenov adina Tibb Universitetinin Cərrahiyə şöbəsində cərrah və böyük elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda Moskva Təcili Tibbi Cərrahiyə Xəstəxanasının cərrahı olub. 

2003-cü ildən ABŞ-ın Nyu York şəhərində yaşayır…


…Atası Roman kişi Xaçmaz rayonunun Yeyinti Sənayesi İdarəsində müdir vəzifəsinədək yüksələ bilib. Təqaüdə çıxdıqdan sonra restoran açaraq bu iaşə obyektinə rəhbərlik edib. Anası Cəvahir xanım evdar qadındır. Hər ikisi hazırda Nyu Yorkun Bruklin hissəsində yaşayır…


Vadim Amerikaya gələndən sonra "USNLE" imtahanlarını verərək, altı il rezedentura keçib. Sonra "BOARDs" imtahanlarından uğurla çıxaraq tibb üzrə mütəxəsis adını alıb. Hazırda Nyu York "Presbyterian Weill Cornell University"-nin Methodist Hospitalının cərrahiyə şöbəsində həm cərrahiyəni tədris edir və həm də cərrah işləyir…


Deyir ki,- "Mənim sözüm gənc həkimlərədir. Burada səhiyyə çox yüksək səviyyədədir. Öyrənməli şeylər çoxdur. Özünə güvənənlər biliklərini artırmaq istəyirlərsə çəkinməsinlər, buyurub gələ bilərlər. Hətta öz sahəm üzrə gələnlər olsa kömək etməyə hazıram"…

…Ömür-gün yoldaşı Beata Aqarunova evdar xanımdır. İki oğlu var. Böyük oğlu Efti 23, ikinci oğlu Roma isə 20 yaşındadırlar. Hər ikisi də kollecdə təhsil alır...


Üzgüçülüyü, velosiped sürməyi xoşlayır. Fantastik əsərləri, rus klassiklərini, Azərbaycanın tarixi ilə bağlı kitabları sevə-sevə mütaliə edir. Arzulayır ki, Azərbaycanda həmişə əmin-amanlıq hökm sürsün. İstəyir ki, ölkəmizdə səhiyyə xidməti dünya standartlarına uyğun olsun. İmkanından asılı olmayaraq hər bir vətəndaş yüksək tibbi xidmətdən istifadə edə bilsin…


Sevindirici haldır ki, harada yaşadıqlarından asılı olmayaraq ölkəmizdən pərvazlanan yəhudilər ürəklərində xalqımıza ehtiram, vətənimizə isə sevgi bəsləyirlər. Bəli bu sevgi, onların davranışlarında, eləcə də azərbaycan dilini unutmamaqlarında öz əksini tapıb…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ 17 Fevral 2020, 11:23 46 uşaq sığınacaqlara yerləşdirildi 17 Fevral 2020, 11:16 Ukraynadan Azərbaycana göndərilən pulun məbləği AÇIQLANDI 17 Fevral 2020, 11:10 Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub 17 Fevral 2020, 11:04 BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO 17 Fevral 2020, 10:58 Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı 17 Fevral 2020, 10:52  “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək 17 Fevral 2020, 10:46 Narkoloji Mərkəzdə dəhşət: Xəstə özünü asdı 17 Fevral 2020, 10:40 111 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO 17 Fevral 2020, 10:34 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına belə cavab verdi - VİDEO 17 Fevral 2020, 10:28 Türkiyədən Azərbaycana avtomobil ixracı artıb 17 Fevral 2020, 10:22 Bir gündə 4 nəfəri it dişlədi 17 Fevral 2020, 10:15 Azərbaycan millisinə 22 futbolçu çağırıldı - SİYAHI 17 Fevral 2020, 10:08 İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar... 17 Fevral 2020, 10:02 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 17 Fevral 2020, 09:56 Cəbhədə pulemyotlar susmur 17 Fevral 2020, 09:50 Paytaxt polisi 28 cinayətin üstünü açdı 17 Fevral 2020, 09:44 “Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ” 17 Fevral 2020, 09:39 Messi La Liqada yenə liderdir - qol və asist sayı 17 Fevral 2020, 09:34 Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi 17 Fevral 2020, 09:15 Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır - Siyavuş Novruzov 17 Fevral 2020, 09:08 Bakıda çarpayıdan yıxılan vətəndaşla bağlı ƏMƏLİYYAT 17 Fevral 2020, 09:06 Çində koronavirusdan ölənlərin sayı artır 17 Fevral 2020, 09:01 Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48