Arxiv
12 Aprel 2019, 08:55 | HADİSƏ
İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatındakı rəqiblərinə MESAJ VERDİ  

Bir qrup müxalifət nümayəndəsinin bu yaxınlarda yaratdığı Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın parçalandığı barədə məlumatlar yayılıb. Aprelin 8-də isə hərəkatın 2 fərqli yerdə - Klassik Xalq Cəbhəsi Partiyası və Gələcək Azərbaycan Partiyasının qərargahlarında iki ayrı iclas keçirməsi deyilənləri təsdiqlədi. Medianın yaydığı xəbərlərdə təşkilatın parçalanmasında əsas günahkar kimi sabiq daxili işlər naziri İsgəndər Həmidov göstərilir. Elə iki ayrı iclasın keçirilməsinin təşəbbüskarının da İ.Həmidov olduğu söylənilir. Ən son xəbərdə hətta sabiq nazirin özünün də Xalq Hərəkatının İdarə Heyətindən kənarlaşdığı iddia edildi.

Xalq Hərəkatındakı durum haqqında Modern.az-a danışan İsgəndər Həmidov isə iddiaları rədd etdi. Amma o, aprelin 8-də iki iclas çağırıldığını təsdiqlədi:


“Digər iclasda 7 nəfər, mənim iştirakımla olan iclasda isə 12 nəfər iştirak edirdi. Hər iki tərəf iclası dayandırdı. Hər iclasdan 3 nəfər ağsaqqal yığışdı və bütün arada olan anlaşılmazlıqları müzakirə etdik. Məsələ aradan qaldırıldı. Növbəti dəfə bir yerdə iclas keçirəcəyik”.


Xalq Hərəkatının İdarə Heyətindən uzaqlaşdırıldığı haqda iddialara gəlincə, hərəkat rəhbəri bunların heç bir əsası olmadığını söylədi:


“Mənim Azərbaycan Xalq Hərəkatının İdarə Heyətində olub-olmamağım haqqında fikir haradan ortaya atılıb? AXH-də tək mən qalsam belə, hərəkatda olacağam, bu işi axıra qədər aparacağam. Mən heç yerə gedəsi deyiləm, mübarizənin həmişə önündə olacağam”.


İ. Həmidov onu da qeyd etdi ki, artıq hərəkatın daxilindəki problemlər aradan götürülüb:


“Başa düşürsünüz, təşkilatın üzvləri də robot deyillər! Hər kəsin sərbəst fikri, düşüncəsi var. Belə mübahisələr olacaq. Sokrat deyirdi ki, mübahisədən ortalığa həqiqət çıxır. Ona görə, mübahisələrin baş verməsi normaldır. Amma biz axıra qədər bu hərəkatda addımlayacağıq.

Guya mən Xalq Hərəkatını parçalamağa cəhd edirəm. Sosial şəbəkələrdə necə yazılır, kimlər yazır - hər kəs yaxşı bilir. Sosial şəbəkələrdə onu da yazırlar ki, İsgəndər Həmidov Xalq Hərəkatının dirəyidir. Mənfi yazanlar da sağ olsun, müsbət yazanlar da. Biganə deyillərsə, deməli, mən hərəkatdayam. Fəaliyyətim həm məni istəyənlər, həm də istəməyənlər tərəfindən izlənir. Bu göstərir ki, mən varam!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bundan sonra hərbçi olmaq istəyənlərin sayı artacaq” - Prezidentin hərbçilərlə bağlı sərəncamı belə QİYMƏTLƏNDİRİLDİ 19 İyun 2019, 11:50 Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ 19 İyun 2019, 11:38 “Buta Airways”in Kiyev reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək 19 İyun 2019, 11:34 II Avropa Oyunlarının açılışına qatılacaq dövlət başçıları - SİYAHI 19 İyun 2019, 11:33 Sənaye ixracında 11 milyon dollarlıq ARTIM 19 İyun 2019, 11:32 Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ 19 İyun 2019, 11:28 Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38