Arxiv
22 Aprel 2019, 08:15 | DİASPOR
Uğurun Kaliforniyada tapdığı azərbaycanlı

Uğur itirilmiş əşya deyil, onu axtarasan, gərək ömür yolunu elə seçəsən ki, uğur özü sənin qarşına çıxsın. Sevindirici haldır ki, müasir düşüncəli insanlar həyatdan nə istədiklərini yaxşı bilirlər…

O, hüquqşünas olmaq arzusunda idi, nəticədə ABŞ kimi nəhəng bir ölkədə şirkət sahibi oldu. Şahmat oynamağı, bizneslə bağlı kitabları mütaliə etməyi xoşlayır. Və ən başlıcası öz üzərində işləməyi bacarır. Təkmilləşdikcə daha böyük nailiyyətlərə can atır…

Deyir ki, daşda dəlik açan suyun gücü deyil, onun davamlı axmasıdır: “Bir də ki, pul istifadə olunmaq, insan sevilmək üçün yaranıb. Pul seviləndə insan istifadə vasitəsinə çevrilir. Pulu sevmək yox, ondan istifadə etməyi bacarmaq lazımdır”…

Haqqında söhbət açdığım Toğrul Sideifzadə 1976-cı ildə Bakı şəhərində dünyaya gəlib, əslən Əmircan kəndindəndir. 1992-ci ildə orta təhsilini Bakıdakı 32 nömrəli məktəbdə başa vurub. Bir il Türkiyənin İzmir şəhərində hazırlıq kursu keçdikdən sonra İstanbul Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2000-ci ildə ali təhsilini bitirərək hüquqşünas ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2001-2003-cü illərdə Konyadakı Səlcuq Universitetinin magistraturasında təhsilini davam etdirib. 2003-cü ildə Bakıya dönərək 2009-cu ilədək bu şəhərdə müxtəlif işlərdə çalışıb. 2009-cu ildən ABŞ-da yaşayır. Üç il Nyu Yorkda məskunlaşdıqdan sonra, 2012-ci ildə Kaliforniya ştatının Danvill şəhərinə köçüb. Buraya gələndən bir müddət müxtəlif işlərlə məşğul olsa da, 2016-cı ildə ”Oriente Lux Limousine” şirkətini yaradıb. Hazırda həmin müəsissəyə rəhbərlik edir. Şirkət qısa zamanda Kaliforniyanın müəyyən hissəsində insanların etibar etdiyi, güvəndiyi bir xidmət qrumuna çevrilib. Bu xidmətdən əsasən imkanlı amerikalılar istifadə edir… 

…Ömür-gün yoldaşı Kəklik xanım Azərbaycan Dillər Universitetini bitirib. İki qızı var. Böyük qızı Zəhra 13, ikinci qızı Sumeyra 9 yaşındadılar. Ana dilində sərbəst danışa bilirlər…

Uşaq yaşlarından ən böyük arzusu səyahət olub. Sevinir ki, artıq dünyanın 10-dan çox ölkəsində turist kimi səfərdə ola bilib. Amerikalılara qaynayıb-qarışmağa çalışır. Artıq yaşadığı Danvill və Volnat Qrik şəhərlərinin ticarət palatasına üzv də seçilib…

2018-ci ildən ABŞ-ın vətəndaşlığnı alan bu soydaşımızdan ”Niyə təhsilini davam etdirmirsən?”- deyə soruşanda o, belə söylədi: “Deyil Karnegi deyib ki, sən etdiyin işi sevmirsənsə, heç vaxt müvəffəqiyyətə nail ola bilməyəcəksən. Elə bir dövrə gəlib çatmışıq ki, informasiya texnologiyaları yüksək səviyyədədir. Qarşımızda ”internet” adlı böyük məlumat bazası var. Gərək bu vasitədən səmərəli istifadə edib bilik və bacarıqlarını təkmilləşdirə biləsən. ABŞ-da hansısa diplom deyil, yiyələndiyin bacarıqlar daha önəmlidir ”…

Azərbaycana çox bağlı adamdır. Bacardığı qədər soydaşlarımızın icma tədbirlərində iştirak etməyə çalışır. Arzulayır ki, insanlarımız xoşbəxt yaşasınlar. Azərbaycan da Amerika Birləşmiş Ştatları kimi geniş imkanlar ölkəsinə çevrilsin…

Elman Eldaroğlu, ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52 Yol polisindən təmir və “moyka” məntəqələrinə görə sürücülərə TÖVSİYƏ 17 İyul 2019, 09:47 Əhalinin sayı AÇIQLANDI 17 İyul 2019, 09:46 Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT 17 İyul 2019, 09:44 Muzdla işləyənlərin maaşı artıb 17 İyul 2019, 09:42