Arxiv
25 Aprel 2019, 22:44 | MƏDƏNİYYƏT
Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam”

”Mən bilmirəm şəhərimdə nə baş verir, lakin dəqiq bilirəm ki, nə baş verməməlidir. “İçərşəhər” bizim şəhərin, xalqın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və bu gün, tarix, əfsanəmizdir. Bu bizim irsimizdir. Hər yerdə Qala divarlarının dağıdılmasına dair fotoşəkillər var. Restoran barədə danışırlar. Hər şey aydınlaşmamış qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir. Hətta restavrasiya işləri aparılırsa və orada restoran tikilməyəcəksə belə...”.  Modern.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev  öz ”Feysbuk” səhifəsində yazıb.

 

Çingiz Abdullayev  bildirib ki,  bu hadisələrlə insanları dəlilik həddinə çatdırmamaq da olar: “Mətbuat xidməti və ya digər informasiya xidmətləri vasitəsilə insanlara nə baş verdiyini izah etmək olar. Mənə bir nəfər izah etsin ki, nəyə görə fikirləri və arzuları hesaba alınmayaraq insanlar mütəmadi şəkildə təhqir olunurlar. Nə qədər olar ? Bir daha dəqiqləşdirirəm. Bu paylaşım dağıdılan divarla deyil, bu şəhərdə yaşayan insanlara dərin hörmətsizliklə bağlıdır.

Bu mənim də şəhərimdir. Pirşağı qəbiristanlığında təxminən yüzə yaxın qohumum dəfn olunub. Bakıda mənim valideynlərim dəfn olunub, burada mənim uşaqlarım doğulub. Əgər sabah şəhərin müdafiəsi üçün mitinq olsa, onun müdafiəsinə ilk mən çıxacam. Bu şəhərdə bizim indiki prezidentimiz anadan olub. Bu onun da şəhəridir. Bu şəhərdə bizim birinci vitse-prezidentimiz dünyaya gəlib. Bu onun da şəhəridir. Bu bizim şəhərimizdir. Əgər biz də olmasaq, onu kim qoruyacaq?”.

”İçərişəhər” mövzusu medianın və sosial şəbəkələrin gündəmini zəbt edib. “İçərişəhər” Qoruğu ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Hətta oradan çəkilmiş şəkillər sosial şəbəkələrdə paylaşılandan sonra vətəndaşlar 11 may tarixinə Qala divarlarının qorunması tələbilə aksiya təyin ediblər. Artıq bəzi tanınmış simalar bəribaşdan aksiyaya qatılacaqlarını elan ediblər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20