Arxiv
10 May 2019, 00:02 | AKTUAL
Heydər Əliyevin 96-cı ildönümüdür

Bu gün dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Modern.az ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salır:

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

 

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

 

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

 

ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi? - AÇIQLAMA 22 Noyabr 2019, 11:07 İsrailin yeni səfiri Azərbaycana gəlib 22 Noyabr 2019, 11:03 Erməni cəlladın məsələsi Ankarada müzakirə olunub 22 Noyabr 2019, 10:57 Azərbaycanda bu şirniyyatların satışı QADAĞAN olundu - FOTO 22 Noyabr 2019, 10:50 Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH 22 Noyabr 2019, 10:43 Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi 22 Noyabr 2019, 10:36 Heydər Əliyev prospektində qəza tıxaca səbəb oldu - FOTO 22 Noyabr 2019, 10:31 Xəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ 22 Noyabr 2019, 10:25 Kapital Bank təltif edilib 22 Noyabr 2019, 10:19 Şahdağ milli parkında atla yürüş keçirilib - FOTO 22 Noyabr 2019, 10:17 Serj Sarkisyan Qarabağdakı evindən DANIŞDI 22 Noyabr 2019, 10:16 Deputatlarımız Moskvada keçirilən Foruma qatılacaq 22 Noyabr 2019, 10:15 Bakı-Quba yolunda ağır QƏZA - VİDEO 22 Noyabr 2019, 09:56 Nazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdi 22 Noyabr 2019, 09:52 Zəhərlənmiş tələbələrdən yeni XƏBƏR  22 Noyabr 2019, 09:29 Erməni snayperlər mövqelərimizi atəşə tutdu 22 Noyabr 2019, 09:25 Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” - Etibar Əliyev 22 Noyabr 2019, 09:20 Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb 22 Noyabr 2019, 08:39 Moskvadakı Azərbaycan diasporu:  Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır? 22 Noyabr 2019, 08:19 Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59