Arxiv
10 May 2019, 18:14 | DİASPOR
Diaspor Komitəsində Heydər Əliyevin 96-cı ildönümü qeyd olunub - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində qürdətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.

 

Tədbirdə qeyd olunub ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib.

 

Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyası da məhz Ulu Öndərin əvəzolunmaz  xidmətidir.

 

Natiqlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini daim diqqətdə saxlayıb. O, xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü əsas götürüb.  

 

Azərbaycanın milli bayramları sırasında bir möhtəşəm tarixin – “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün də yer alması məhz dahi şəxsiyyətin böyük siyasi kursunun məntiqi nəticəsidir.

 

Qeyd olunub ki, Heydər Əliyevin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də uğurla davam etdirilir.   

 

Tədbirdə Heydər Əliyev Fondunun xətti ilə xaricdə yaşayan soydaşlarımızı əhatə edən yüzlərlə layihənin  həyata keçirildiyi,  minlərlə parlaq ideyanın reallaşdığı diqqətə çatdırılıb. 

 

Tədbirdə  Milli Məclisin deputatları Ülvi Quliyev, Elşad Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri Ruslan Quliyev çıxış ediblər. 

 

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbirdə onun həyat və fəaliyyətini əks etdirən maraqlı film nümayiş olunub, fotosərgi təşkil edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır”   16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08