Arxiv
16 May 2019, 10:34 | AKTUAL
ABŞ-ın Albukerke şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Modern.az-a verilən məlumata görə, bununla bağlı şəhər meri Timoti M. Keller (Timothy M. Keller) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənibi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin ABŞ və Albukerke şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda 28 may tarixi Albukerke şəhərində “Azərbaycan Milli Günü” elan edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03 “Vətən uzaqda deyil” - Konsert olacaq   22 May 2019, 16:51 BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq” 22 May 2019, 16:50 Azərbaycandan 40-dan çox nümayəndə Qazaxıstandakı prezident seçkisini müşahidə edəcək 22 May 2019, 16:49 Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir 22 May 2019, 16:47 Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq 22 May 2019, 16:46 Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Gəncədə konfrans - “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”    22 May 2019, 16:30 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13 Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO 22 May 2019, 13:53