Arxiv
16 May 2019, 10:39 | AKTUAL
YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub

Parisdə YUNESCKO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (BTA) təşkil etdiyi “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forum çərçivəsində türk dünyasının böyük mütəfəkkirləri Nəsiminin 650, Əhməd Ağaoğlunun isə 150 illik yubileyləri qeyd olunub.


Modern.az xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi İli” elan etməsini və Ə.Ağaoğlunun yubileyinin yüksək səviyyədə təşkilinə dair Sərəncamını, eyni zamnda onların türk mədəniyyətinə misilsiz töhfələrini nəzərə alaraq, YUNESKO-da keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə birlikdə hər iki mütəfəkkir barədə müzakirələr apardıqlarını bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsinin məmnunluq doğurduğu ifadə olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının tanınmış şəxsiyyətləri, o cümlədən Nəsimi ilə bağlı beynəlxalq əhəmiyyətli platformalarda müzakirələrin əhəmiyyətinə toxunub. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov “Böyük Çöldə zövq, düşüncə, mədəniyyət ortaqlığı yaradan dəyərlər, əsərlər, cərəyanlar və körpü şəxsiyyətlər”, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Əhməd Ağaoğlunun dünyagörüşünün formalaşmasında Fransa mühitinin rolu”, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Mədəniyyətdən kənar gələcək varmı: Nəsiminin əsələrində insan sevgisi” mövsusunda məruzə ediblər.

Dünyanın müxtəlif ölkələrindən elm adamları və dövlət xadimlərinin qatıldığı Forumun birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri ətrafında müzakirələr aparılıb.

Forum çərçivəsində Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, Qızıl Orda dövlətinin qurulmasının 750, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi də qeyd olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Vətən uzaqda deyil” - Konsert olacaq   22 May 2019, 16:51 BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq” 22 May 2019, 16:50 Azərbaycandan 40-dan çox nümayəndə Qazaxıstandakı prezident seçkisini müşahidə edəcək 22 May 2019, 16:49 Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir 22 May 2019, 16:47 Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq 22 May 2019, 16:46 Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Gəncədə konfrans - “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”    22 May 2019, 16:30 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13 Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO 22 May 2019, 13:53 Beynəlxalq sözlərə erməni qarşıqlığı düzəldilir - Daha bir SAXTAKARLIQ 22 May 2019, 13:50 Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar 22 May 2019, 13:36 Keçmiş baş nazirin eks-nazirləri - Pənah Hüseynin onlardan xəbəri varmı? 22 May 2019, 13:16 Banklar AvroLiqanın finalına görə gücləndirilmiş rejimə keçir 22 May 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq, dolu düşəcək   22 May 2019, 13:01 Azərbaycanda insanlar cırlaşır - Həkim səbəblərdən DANIŞDI 22 May 2019, 13:00