Modern.az

Nizamidə su xətti partladı - sakinlər susuz qaldı

Nizamidə su xətti partladı - sakinlər susuz qaldı

16 May 2019, 12:06

Bakının Nizami rayonunda su xəttində qəza baş verib.

Bu barədə Modern.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb. Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir