Arxiv
18 May 2019, 09:34 | ÖLKƏ
Dini  Komitə sədrinin qaynana söhbəti aranı qatdı: “Qaynanamı “moşennik” kimi təsəvvür etmirəm”

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən konfransda çıxışı zamanı səs-küy yaradan məqamlara toxunub. Onun müzakirələrə səbəb olan fikirlərindən biri də Azərbaycan filmlərində qaynanaların mənfi obrazda təqdim olunması ilə bağlı tənqididir:

 

“Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qaynana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

 

Komitə sədrinin bu fikri ilə razılaşmayanlar da oldu. Sosial şəbəkələrdəki müzakirələrdə insanlar rejissorların cəmiyyətdən, reallıqdan nümunə götürərək, mənfi qaynana obrazları yaratdığını düşünürlər.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Modern.az-a deyib ki, Azərbaycan kinosunda mənfi qaynana obrazının təməli xalq artisti Nəsibə Zeynalovanın baş rolunu ifa etdiyi “Qaynana” tamaşası ilə qoyulub:

 

“Ondan bu yana kinolarımızda qaynanalar gəlinlə düşmən kimi təqdim edilir. Tək kinolarda deyil, yazılan əsərlərin əksəriyyətində də belədir. Halbuki bu, hər ailəyə şamil olunmur. O qaynana obrazlarını tamaşanı ərsəyə gətirənlərin təxəyyülünün məhsulu kimi qəbul etmək olar.

 

Bu gün cəmiyyətimiz gündən-günə arınır, saflaşır. Biz də cəmiyyətin bütövləşməsi, sağlamlaşması üçün çalışırıq. Sağlam cəmiyyətdə ailələrin də təməli möhkəm, ailə münasibətləri sağlam olar.

 

Arzu edərdik ki, filmlərimiz, mətbuatımız əgər maarifçilik rolunu oynayırsa, cəmiyyətə müsbət nümunələr, müsbət fikirlər ötürsünlər. Çalışmaq lazımdır, qaynana-gəlin münasibətlərində problemlər olan ailələri maarifləndirib, problem həll edə bilək".

 

J. Əliyeva onu da vurğulayıb ki, yaradıcılıq geniş anlayışdır, heç bir yaradıcı insana “əsəri elə yox, belə yaz” şəklində diktə etmək olmaz:

“İstənilən halda biz cəmiyyətə müsbət meylləri aşılamalıyıq ki, cəmiyyət də bundan fayda görsün. Baxın, həyatda o qədər müsbət qaynanalar  var. Hər kəsə nümunə olacaq gəlin-qaynana münasibətləri var. Məsələn, elə Nəsibə xanımın öz gəlinini də  anası qədər sevirdi. Belə nümunələrdən bəhrələnib, yeni qaynana obrazları yaratmaq mümkündür”.

 

Kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) isə “Qaynana” tamaşasının hələ 1950-ci illərdən əleyhinə olduğunu söyləyib. O qeyd edib ki, həmin fikirlərini “Qaynana” əsərinin müəllifi Məcid Şamxalova və aktrisa Nəsibə Zeynalovaya çatdırıb:

 

“1950-ci illərdə də o qaynananı heç vaxt qəbul etməmişəm, indi də razılaşmıram. Məncə, ölkəmizdə qadın problemi yoxdur. Onunla məşğul olan qondarma komitələrdir. Beş-üç nəfər öz günahı ucbatından,  dayısı oğluna, əmisi oğluna ərə gedib, boşanan qadınlardırlar. Bir qohumun, bir nəslin, bir kəndin camaatıdır. Çoxları xalaqızı-xalaoğlu, əmiqızı-əmioğlu evlənirlər, nikahsız yaşayırlar, sonra da kişi qadını kənddə qoyub, çıxıb gedir.

 

Az olan belə nümunələr ümumilikdə Azərbaycandakı qadına münasibət göstəricisi deyil. Azərbaycan xalqı yeganə xalq, yeganə millətdir ki, şərəfli qadınların şanına ən xoş nağıllar, dastanlar yazıblar. Həmişə qəhrəman Azərbaycan kişisinin arxasında ləyaqətli qadın obrazı olub. Biz niyə bu böyük şəxsiyyətlərimizi, mənəviyyatımızı yaddan çıxarıb, yadlaşdırırıq? “Saray xatun”a “Sara xatun” deyirlər.  Mən Azərbaycanda nə öz anamı, nə qaynanamı, nə qudamı, nə də dostlarımı “moşennik” qaynana kimi təsəvvür etmirəm. O vaxt tamaşa səhnəyə qoyulanda Nəsibə xanıma dedim bu necə əsərdir, bu nə tamaşadı?!

 

Sənətkarımız hətta məndən incidi. Halbuki Azərbaycan analarını bu cür çəkib göstərmək olmaz. Azərbaycanda qadının hüququ heç vaxt pozulmayıb. Həmişə Azərbaycan qadını dünyaya əxlaq nümunəsi göstərib”. 

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da rejissorların cəmiyyətdəki real obrazları işıqlandırdığını düşünür:

 

“Ona görə, qınamaq yersiz olardı. Amma Mübariz müəllimin də dediyində həqiqət var ki, filmlərdən hansı mesajı ötürürlərsə, insanlar ona istiqamətlənirlər.

 

Televiziyada mənfi qaynananı görən cəmiyyət o obrazı qoruyub saxlayır. Ona görə, yaxşı nümunələri çəkmək lazımdır ki, beyində kodlaşmış obrazlar dəyişdirilsin. Kifayət qədər yaxşı qaynana obrazları, yaxşı münasibətlərin olduğu ailə modelləri var. Amma televiziya yaxşı obrazları işıqlandırmaqdan qaçır.

 

Mənim də gəlinim var və iştirakım olmadan özündən soruşa bilərsiniz. Kifayət qədər müsbət münasibətlərimiz var və nümunə olduğumuzu düşünürəm.

 

Tək bizim ailə münasibətlərimiz deyil, yaxşı qaynana-gəlin münasibətləri ilə yaşayan ailələri nümunə çəkə bilərik. Axtarıb, tapıb hər iki nümunəni – mənfi və müsbəti ortaya qoymaq lazımdır ki, insanlar seçim edə bilsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38