Modern.az

Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi

Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi

Aktual

21 May 2019, 00:42

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

 

Dəyişikliyə əsasən, müddətə dair tələb dəyişib. Başqa sözlə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

 

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub