Arxiv
21 May 2019, 14:44 | AKTUAL
LDU-da  açıq qapı günü və məzun yarmarkası keçirilib - FOTO  

Lənkəran Dövlət Universitetində (LDU)  “Məzun-2019” il  proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkasına start verilib.

 

Modern.az xəbər verir ki, LDU-nun Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

 

Məzun yarmarkasında  rayon rəsmiləri, LDU-nun bu ilki  və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və universitetdə tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən,aparılan təhsil islahatlarından danışıb.Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən  600-dən artıq   məzuna iş probleminin həllində dəstək olduğunu , əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

 

Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə son illərdə   praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə  daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanacaq.

 

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının  birinci  müavini Möhübbət Babayev çıxışında universitetdə yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib, bu ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfael Tahirov,Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Hüccətov,Vıp Lif  şirkətinin təmsilçisi Gülnar Abdullayeva tədbirdə çıxış edərək açıq qapı günü və məzun yarmarkasının təşklini məzunların məşğulluyğunun təminatında uğurlu addım kimi dəyərləndiriblər,  həmçinin məzunlara vakant iş yerləri barədə məlumat veriblər.

 

Məzun yarmarkasına  Lənkəranla yanaşı  , cənub bölgəsində fəaliyyət göstərən  17  dövlət və 22 özəl müəssisə  cəmi 600  boş (vakant) iş yeri çıxarıb.Qeyd edək  ki, məzun yarmarkasında  LDU-nun bu ilki məzunları ilə yanaşı ötən ilki məzunları da iştirak edib.Xatırladaq ki, ötən il Lənkəran Dövlət Universitetini 509 məzun (bakalavr və magistr) bitirib.

 

Qeyd edək ki, LDU-da  açıq qapı günü may ayının 23-nə kimi davam edəcək.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçiciləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 13:44 Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA 18 Noyabr 2019, 13:38 Gürcüstandakı etirazlara azərbaycanlılar da qoşulub - Deputat 18 Noyabr 2019, 13:37 İran hökuməti etirazlarla bağlı XƏBƏRDARLIQ ETDİ 18 Noyabr 2019, 13:32 “Atam Xankəndinə qayıdacağı günün ümidilə dünyadan köçdü” - Xankəndi sakininin acı XATİRƏLƏRİ 18 Noyabr 2019, 13:26 Sabahın HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq 18 Noyabr 2019, 13:19 İstilik tarifləri də qaldırılacaq? 18 Noyabr 2019, 13:12 100-dən çox  doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ 18 Noyabr 2019, 13:06 Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ 18 Noyabr 2019, 13:00 Prezident iki yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR 18 Noyabr 2019, 12:56 “Azərenerji” gənc və perspektivli kadrların yolunu açır  18 Noyabr 2019, 12:50 Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb” 18 Noyabr 2019, 12:25  “Azərbaycan hələ uzun illər dünyanın dini tolerantlıq mərkəzi kimi qalacaq” 18 Noyabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda növbəti piyada ölümü 18 Noyabr 2019, 12:07 Bakı Ali Neft Məktəbinə yeni mətbuat katibi təyin olundu   18 Noyabr 2019, 12:00 Rusiyanın 4 ZƏİF CƏHƏTİ 18 Noyabr 2019, 11:53 Deputatlarımız Sofiyaya gedirlər 18 Noyabr 2019, 11:46 Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir? 18 Noyabr 2019, 11:40 Oftalmoloq Anar Abdullayevdən yeni cərrahi METOD  18 Noyabr 2019, 11:36 Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI 18 Noyabr 2019, 11:30 Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edildi 18 Noyabr 2019, 11:24 Bakıda liftdə qalan şəxs xilas edildi 18 Noyabr 2019, 11:18 Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib 18 Noyabr 2019, 11:16 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edir 18 Noyabr 2019, 11:14 Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Məktəblilərin “Ölkəmizi tanıyaq” aksiyasında növbəti səfər gerçəkləşdi 18 Noyabr 2019, 11:00 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36