Arxiv
22 May 2019, 12:23 | TƏHSİL
Universitetlərdə tələbələrə hansı qadağalar var…

Son zamanlar bir neçə universitet tələbələrə qoyulan qadağalarıyla gündəmə gəlib. Sosial şəbəkələrdə açılan müzakirələri nəzərə alan Modern.az əməkdaşı bəzi ali təhsil müəssisələri ilə əlaqə saxlayıb. Söhbət hansı qadağalardan gedir?

Dünən xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağan olunub. Universitetin mətbuat xidməti də məlumatı təqsdiqləyib. Tələbələr saqqalla universitetə gələ bilməzlər. 


Bakı Dövlət Universitetində
siqaret çəkmək qadağandır. Bu qadağa alqışlansa da, deyirlər ki¸ ona nə müəllimlər, nə də tələbələr əməl edir.

Odlar Yurdu Universitetində qız tələbələr dikdaban ayaqqabı geyinməməlidirlər. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur. 

Azərbaycan Pedaqoji Universitetininin İctimaiyyət, tələbələr və marketing şöbəsinin müdiri Mənsur İbrahimov deyib ki, bu ali təhsil ocağında tələbələrə heç bir məhdudiyyət qoyulmayıb: “Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir, insan hüquqları qorunur. O cümlədən də Azərbaycan Pedaqoji Universitetində də bu belədir”.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev: “Saqal saxlamağa qadağalar qoyulsaydı, əslində yaxşı olardı. Amma Azərbaycan dini, irqi, cinsi ayrıseçkiliyi tanımayan demokratik bir ölkədir. Azərbaycan Texniki Universiteti də demokratik bir ölkənin demokratik universitetidir. Bizdə yalnız Milli Məclisin qapalı məkanlarda siqaret çəkilməməsi ilə bağlı qəbul etdiyi qanuna əsasən, tətbiq etdiyimiz qayda var ki, çox sag olsunlar, tələbələrimiz buna riayət edirlər”.


Azərbaycan Dillər Universitetinin tələbələrinə hər hansı qadağa nəzərdə tutulmayıb. Bu barədə ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən məlumat verilib. Qeyd olunub ki, tələbələrə zahiri görünüş və s. məsələlərlə bağlı qadağalar olmadığından müraciət və narahatlıq qeydə alınmayıb:

“Azərbaycan Dillər Universitetində tələbələrlə iş, təlim-tərbiyə diqqət mərkəzində saxlanılır. Hazırda universitetdə dərslər normal axarında davam edir, ali təhsil ocağının kollektivi yay imtahan sessiyasına hazırlaşır”.  


Nuranə Daxilqızı

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10